Dərc edildi: Baxış sayı: 401
Yunanıstan tarixində ən böyük startap satınalması baş tutacaq - 360 milyon dollar
Yunanıstan mərkəzli qida çatdırılma şirkəti İnstashop Delivery Hero tərəfindən 360 milyon dollara satın alınacaq. Bu ölkənin startap sektorundakı ən böyük satınalma hadisəsidir.
Ens.Az techland.az-a istinadən bildirir ki, satınalmanın arxasında duran əsas strategiyanın Delivery Hero şirkətinin bölgədə daha da möhkəmlənməsi olduğu düşünülür.
Bu satınalma Yunanıstanın ən böyük məbləğli hadisəsi olsa da bundan öncə Microsoft Yunanıstanın Softomotiv şirkətkini 150 milyon dollara əldə etmişdi.
Delivery Hero tərəfindən satın alınması nəzərdə tutulan startap isə 2015-ci ildə qurulub. İndiyə qədər isə cəmi 7 milyon dollar investisiya əldə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət