Slimfit
  1. İDMAN

Yunan-Roma güləşi üzrə yığmamız dünya çempionatında ikinci oldu

Yunan-Roma güləşi üzrə yığmamız dünya çempionatında ikinci oldu
Sakura

Yunan-Roma güləşi üzrə yığmamız dünya çempionatında ikinci oldu

 

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı sona çatıb.

Oxu.Az xəbər verir ki, son gündə yunan-Roma güləşi üzrə idmançılarımız üç medal – bir qızıl, bir gümüş və bir bürünc qazanıb.

Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qalibi Fərid Sadıxlı (-45 kq) dünya çempionatında bürünc medalla kifayətlənib. O, iranlı Mehdi Əhədi Zenabı 8:1 hesabı ilə məğlub edərək dünyanın üçüncü güclü güləşçisi olub.

EYOF-un digər qalibi Elmir Əliyev (-51 kq) isə finalda çıxış edib. O da həlledici görüşdə iran pəhləvanıyla qarşılaşıb və Seyid İsmaili Leyvesiyə 1:2 hesabı ilə uduzaraq gümüş medalı boynundan asıb.

Laçın Vəliyev (-92 kq) isə finalda qalib gəlməyi bacarıb. Həlledici qarşılaşmada Rusiya təmsilçisi Məhəmməd Yevloyevlə üz-üzə gələn Vəliyev qazandığı iki xalın fonunda dünya çempionu olub.

Beləliklə, yunan-Roma güləşçilərimiz dünya çempionatında beş medal (iki qızıl, iki gümüş, bir bürünc) qazanıb.

Yığmamız 123 xalla dünyanın ən güclü ikincisi kimi kubok qazanıb. Cənub qonşularımız İran 148 xalla I, şimal qonşularımız Rusiya isə 99 xalla III yeri tutub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR