Mütəxəssislərin fikrincə, mətbəx qablarının hamısı insan sağlamlığı üçün təhlükəsiz ola bilməz.
Mütəxəssislərin fikrincə, mətbəx qablarının hamısı insan sağlamlığı üçün təhlükəsiz ola bilməz.
Bir çox insan mətbəxdə işlənən qabların təhlükəsizliyinin onların sağlamlığı üçün nə dərəcədə vacib olduğunu düşünmür. Əlbəttə ki, bir çox insan plastik qabların zərərli olduğunu bilir, ancaq məsələ yalnız onlara aid deyil. Mətbəxdə heç kəsin ağlına belə gəlməyəcək daha təhlükəli əşyalar var.
Ens.az bildirir ki, ingilis tədqiqatçısı Endryu Turner yalnız yeni deyil, həm də istifadə olunan 200-dək müxtəlif mətbəx qabı nümunəsini araşdırıb. Bu araşdırmanın nəticələrini sadəcə fəlakət hesab etmək olar.
Sağlamlıq üçün təhlükəli olan qurğuşun maddəsinin 139 qabda olduğu ortaya çıxıb. Bu , insan bədənində bir çox xəstəliklərə səbəb ola biləcək ağır metaldır. Xüsusilə ürək-damar sisteminin fəaliyyətinə mənfi təsir göstərir.
Sürprizlər bununla da bitməyib. Məlum olub ki, daha 134 qabda sağlamlıq üçün təhlükəli olan başqa bir element - kadmium tapılıb.
Buna əsaslanaraq mütəxəssislər qəti şəkildə almaqdan imtina edilməli olan qabların siyahısını tərtib ediblər. Xüsusilə, melamin qabları almaqdan imtina etməlisiniz.
Bu materialdan ən çox yüngül və gözəl boşqablar, fincanlar istehsal edilir .Onlar sınmayan, farfora çox oxşar və ucuzdur. Bunlar ən çox Çin tərəfindən istehsal olunur. Məsələ bundadır ki, melaminin tərkibində zəhərli maddə olan formaldehid qazı var. Ancaq eyni zamanda istehsalçıların özləri məhsullarının tamamilə təhlükəsiz olduğunu söyləyirlər, lakin bu belə deyil.
Sonrakı yeri aluminium qablar tutur. Qızdırıldıqda bu metalın hissəcikləri qidaya daxil olaraq beyinə və sinir sisteminə zərər verə bilər.
Yapışmayan örtük üçüncü sırada gəlir . Belə avadanlıqlar çox vaxt saxtalaşdırılır.
Mənbə: novosti.hyser.com.ua
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət