Dərc edildi: Baxış sayı: 4309
Yumurta bişirərkən tavaya niyə su əlavə edilir?
Yemək bişirmək vaxt alan proses olduğu üçün bişirdiyimiz yeməyin ləzzətli olmağını istəyirik, ancaq bəzən mətbəxdə problemlərlə qarşılaşırıq. Bu zaman yeməklərin istədiyimiz kimi olmaması əsəblərimizi poza bilir.
Metbuat.az Türkiyə mətbuatına istinadla mətbəxdə xanımların köməyinə gələcək bəzi məsləhətlər təqdim edir:
Uşaqların və böyüklərin sevdiyi "qlazok"u görüntüsünü pozmadan və ləzzətli hazırlamaq üçün yumurtanı əvvəlcə qırın və qarışdırmadan tavaya tökün. Sonra tavanı çevirin (yumurtanın yayılması üçün). Daha sonra üzərini qapaqla örtüb yumurtanın qızarmasını gözləyin. 3-4 dəqiqə ərzində qapağı açmayın. Yumurtanın yaxşı qızarması üçün tavanın kənarına 1-2 şorba qaşığı su tökün və qapaqla örtün. Su buxarlanacaq və yumurtanın üstü yaxşı bişəcək.
Kartofu yağ istifadə etmədən bişirə bilərsiniz. Əvvəlcə, kartofları doğrayın. Un, əzilmiş sarımsaq, duz və qara istiotu ayrı bir qabda qarışdırın. Kartofları kasaya qoyub sous ilə qarışdırın. Daha sonra yağlı kağızlı siniyə kartofları düzün və üzərinə bir yemək qaşığı zeytun yağı əlavə edib sobaya verin.
Yumurtanın qabıqlarını asan soymaq üçün qaynatmazdan əvvəl suya qabartma tozu və ya sirkə əlavə edin. Hər iki maddə yumurta qabığının asan soyulmasına kömək edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət