“Yüksəliş”in imtahanlarında kənar vasitələrdən istifadə edənlərin aqibəti necə olacaq?
“Yüksəliş” müsabiqəsində imtahanların suallarının kənara sızması imkanı tam aradan qaldırılıb".
"Report" xəbər verir ki, bunu müsabiqə ilə bağlı yaradılan İşçi qrupun rəhbəri Fərhad Hacıyev deyib.
Onun sözlərinə görə, həmin sualları Dövlət İmtahan Mərkəzi hazırlayacaq və sualları hazırlayan müəllimlər bunkerdə olacaq, mərhələ başa çatana qədər bunkerdə qalacaqlar.
Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev qeyd edib ki, onlayn mərhələdə imtahan zamanı bir sual üçün ayrılan 30 saniyə ərzində hansısa namizədin bir sualı cavablandırmırsa, sistem növbəti suala keçir:
“Əgər namizəd 30 saniyə ərzində iştirakçı qeyri-adi bacarığa malik olub, həmin suala cavab tapmaq üçün başqa vasitədən istifadə etsə, həmin suala uyğun suallar müsabiqənin əyani mərhələsində də veriləcək. Beləliklə, biz əyani mərhələdə iştirakçının onlayn mərhələdə kənar yardımdan istifadə etdiyini müəyyənləşdirəcək və onu müsabiqədən kənarlaşdıracağıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət