Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yüksək təzyiqi salmaq üçün hər gün bunları yeyin!

Yüksək təzyiqi salmaq üçün hər gün bunları yeyin!
Sakura

Yüksək təzyiqi salmaq üçün hər gün bunları yeyin!

Alimləri sübut edir ki, yüksək təzyiq insan həyatını qısaldan əsas amillərdən biridir. Yüksək təzyiq ürək və damarları vaxtından tez qocaldır, insult və infarktın riskini qat-qat artırır.

Saglamolun.az bildirir ki, mütəxəssislər hipetoniyadan əziyyət çəkənlərə müntəzəm olaraq təzyiqi normada saxlamağa yardım edən prepartları qəbul etməyi, duzun istehlakını azaltmağı, artıq çəkidən azad olmağı, fiziki aktivliyini artırmağı tövsiyə edirlər.

Bəzi qida məhsullarının da gündəlik istehlakı təzyiqi normada saxlamağa, ürək və damarları qorumağa yardım edir. Yüksək təzyiqdən əziyyət çəkənlərə mütəxəssislər hər gün bu kimi məhsulları yeməyi tövsiyə edirlər:

Qatıq. El arasında da qatıq təzyiq salan vasitə kimi tanınır. Bu həqiqətən belədir. Həkimlər hipertoniya xəstələrinə və həmçinin hipertoniyanın profilaktikası məqsədi ilə hər gün 1 kasa qatıq yeməyi tövsiyə edirlər. Banan. Kaliumla zəngin olan banan təzyiqi tənzimləməyə yardım edən ən yaxşı məhsullardan biridir. Hər gün 1 orta ölçüdə banan yemək ürək-damar sisteminə çox müsbət təsir edir. Çuğundur. Bu tərəvəzin tərkibində olan azot oksidi damarları genişləndirir və bununla da təzyiqi salmağa yardım edir. Mütəxəssislər hər gün 100-150 qr bişmiş çuğundur yeməyi tövsiyə edirlər.   Sarımsaq. Allisin maddəsi sayəsində sarımsaq təzyiqi salır və həmçinin damarlarda iltihabları azaldır, damarların elastikliyini artırır. Gün ərzində 1-2 diş sarımsaq yeyin. Sarımsağın təsirini artırmaq üçün onu xırda doğramaq və ya əzmək lazımdır. Yulaf yarması. Alimlərin sözlərinə görə, bu yarmanın orqanizmə olan təsiri qanda xolesterinin səviyyəsini salan statin preparatların təsirinə oxşayır. Ateroskleroz (damarlarda xolesterinin yığılması) hipertoniya və ürək xəstəliklərinin əsas səbəbidir. Hər gün 1 kasa “herkules” sıyığı yeməyə çalışın. Kivi damarları möhkəmləndirən C vitamini ilə xüsusilə zəngindir. Həmçinin onun tərkibində təzyiqi tənzimləməyə yardım edən lyutein də var. Gün ərzində 1-2 kivi yeyin. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR