Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yüksək təzyiqi olan insan hara getməlidir? – Səbəbi tapmaq üçün 5 həkimdən keçməlisiniz

Yüksək təzyiqi olan insan hara getməlidir? – Səbəbi tapmaq üçün 5 həkimdən keçməlisiniz
Sakura

Yüksək təzyiqi olan insan hara getməlidir? – Səbəbi tapmaq üçün 5 həkimdən keçməlisiniz

Əgər bir insan təzyiqinin yüksəlməsindən şübhələnirsə, evdə ölçərək təzyiqin 130-dan yuxarı olduğunu aşkarlayırsa, vaxt itirmədən və özbaşına aptekdən təzyiqsalıcı almadan ilk növbədə həkimə müraciət etməlidir. Çox zaman xəstə hansı həkimə, hansı ünvana müraciət edəcəyini bilmir. 
Tibb.fins.az yüksək təzyiq diaqnostikası üçün üz tutulmalı həkimlərin siyahısını təqdim edir.
-Xəstə ilk növbədə yaşadığı ərazi üzrə poliklinika və ya xəstəxanada sahə terapevtinin yanına gedib, təzyiqini ölçdürməli, müəyyən analizlər verməlidir.
Yalnız həkim müayinə ilə xəstənin təzyiqini ölçüb, dəqiq rəqəm əldə etməlidir.
Terapevt həmçinin:
-Ürək döyünmələrinin sayını ölçməli
-Xəstənin anamnezi, yaşı, çəkisini. Yanaşı xəstəliklərini qeyd etməli
-Sinir və endokrin sistemi ilkin müayinə etməli
-Hər hansı nahiyədə damar sıxılması və ya qan dövranı pozulması varsa baxmalıdır
Diaqnozu ilkin olaraq terapevt təyin edə bilər, lakin müalicəni o yazmaya da bilər.
Çünki təzyiqin səbəbini dəqiqləşdirmək üçün terapevt digər ixtisaslı həkimlərə göndəriş etməlidir. Beləliklə, xəstə növbəti gedişatda bu həkimlərdən keçə bilər.
1.Kardioloq – təzyiq ilk növbədə ürək –damar sistemi xəstəliyi olduğu üçün bu orqanlar yoxlanır. Çünki təzyiq insult və infarkt verə bilər. Kardioloq EXQ, EKQ , eləcə də qan damarlarının vəziyyətini yoxlayan müayinələr və qan analizləri təyin edir. Əgər ürəkdə, damarlarda problem varsa, o zaman kardioloji müalicə yazılır.
2 Endokrinoloq – Əgər kardioloqa gedən xəstənin şəkəri, zobu, hormonal problemi də varsa, onu endokrinoloji müayinə də gözləyir. Çünki bunlar da təzyiqin hədəf orqanlarıdır və təzyiqi qaldırır. 
Endokrinoloq xəstəni yoxlayır, USM təyin edir, eləcə qanda xolesterinin, kortizolun və digər hormonların səviyyəsini analizlə təyin edir.  Xüsusən təzyiqi yüksək olan orta yaş və yaşlı qadınlar mütləq bu müayinələrdən keçməlidir. Onlarda təzyiq ürəkdən qaynaqlanmaya bilər.
3 Nevroloq müayinəsi – mütləqdir. Çünki təzyiqi yüksək olan insanların beyninə qan sızması  halları ola bilər.
Nevroloq başda qan damarlarının vəziyyətini müayinə edir. Xəstənin nevroloji vəziyyətini yoxlayır. Çünki təzyiq sinir və nevroloji problemlərdən, əsəbdən də qalxır. Və ya təzyiq xəstəsi nevroloji baxımdan da sakit olmalıdır ki, vəziyyəti stabil olsun.
4.Nefroloq – böyrəklər üzrə sahədir.
Çox zaman təzyiqin yüksəlməsinin hədəf orqanı böyrəklər olur. Sidikdə zülal, qanda kreatin, böyrəklərdə patologiya, iltihab olduqda təzyiq yüksəlir.
Böyrəkdə xırda bir daş belə sidik və qanın normal dövranını pozur, bununla da bədəndə maye toplanır, təzyiq qalxır.  Xüsusən şəkər xəstələri də bu həkimin daimi nəzarətində olmalıdırlar.
Beləliklə, təzyiqi yüksək xəstə bu həkimlərdən keçərək, ciddi müayinələrdən sonra hipertoniya diaqnozu qoyulursa, o zaman müalicəyə başlamalıdır.
Ürəkdən qaynaqlanan təzyiq salıcı dərmanla böyrəkdən qaynaqlanan təzyiqi salan dərmanlar ayrı-ayrı olur. Bəzən kişi ilə qadının dərmanı ayrı olur.
Ona görə təzyiqim var, kardioloqdan keçdim deyə məsələni bitirməyin. Yoxsa təzyiqinizlə uzun müddət mənasız mübarizə aparacaqsız. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR