Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yüksək təzyiqdən xilas olmağın ucuz üsulu

Yüksək təzyiqdən xilas olmağın ucuz üsulu
Sakura

Yüksək təzyiqdən xilas olmağın ucuz üsulu

Yel Universitetinin alimləri yüksək təzyiqin ən effektli müalicəsinə həsr olunmuş elmi araşdırmanın nəticələrini dərc ediblər.

Publika.az xəbər verir ki, uzun illər ərzində alimlər yüksək təzyiqdən əziyyət çəkən 4,9 milyon xəstənin məlumatlarını təhlil ediblər.

Araşdırmanın nəticələri alimləri xeyli təəccübləndirib. Məlum olub ki, təzyiqi salmaq, insult, infarkt və ürək çatışmazlığının riskini azaltmaq üçün ən ziyansız və effektli üsul diuretiklərdən (sidikqovucu preparatlar) istifadə etməkdir.

Alimlərin fikrinə görə, hipertoniyanın müalicəsinin ilk mərhələlərində məhz sidikqovuculardan (məsələn, furosemid, hidroxlorotiazid) istifadə çox yaxşı nəticələr verir.

Adətən hipertoniyanın müalicəsi üçün istifadə olunan kaptopril, lizinopril, perindopril və s. kimi preparatlar daha aşağı nəticələr verir və həmçinin onların daha çox yanaşı təsirləri var.

Bundan əlavə sidikqovucu preparatlar həm də ucuzdur.

Alimlərin fikrinə görə, həkimlər hipertoniyanın müalicəsi strategiyasına ciddi dəyişikliklər etməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR