Dərc edildi: Baxış sayı: 682
Yüksək təzyiq hər il milyonlarla insanı öldürür
Dünyadakı hər 10 ölümdən biri yüksək təzyiqlə bağlıdır
Yüksək təzyiq hər il 9 milyonun ölümünə səbəb olur.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının hesabatında dünyadakı hər 10 ölümdən 1-nin yüksək təzyiqlə bağlı olduğu qeyd edilir. Aparılan tədqiqatlar zamanı bəlli olub ki, xəstələrin 50 faizi yüksək təzyiqin heç bir əlamətini hiss etmirlər.
Mütəxəssislər isə yüksək təzyiqdən əziyyət çəkən şəxslərə idmanla məşğul olmağı, çox hərəkətdə olmağı, duzdan imtina etməyi, sağlam qidalanmağı məsləhət görürlər.
Qeyd edək ki, 17 may Dünya Yüksək Təzyiq günü kimi qeyd olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət