Slimfit
  1. MEDİA

Yüksək Texnologiyalar Parkı ilə STEPI-nin birgə icra etdiyi layihə uğurla davam edir

Yüksək Texnologiyalar Parkı ilə STEPI-nin birgə icra etdiyi layihə uğurla davam edir
Sakura

Yüksək Texnologiyalar Parkı ilə STEPI-nin birgə icra etdiyi layihə uğurla davam edir

Yüksək Texnologiyalar Parkı ilə STEPI-nin birgə icra etdiyi layihə uğurla davam edir 

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə həyata keçirdiyi “Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsinin ikinci ili üçün başlanğıc  (ilk) görüş keçirilib. 

Layihənin  kordinatoru  Eun Joo Kim 2022-ci ildə olan fəaliyyətlər və cari ildə görüləcək işlərlə bağlı məlumat verib. 

Daha sonra YTP-nin icraçı direktoru Zaur Nəhmətov çıxış edərək texnopark ilə STEPI arasında əməkdaşlığın tarixi, görülmüş işlər, əldə edilən və gözlənilən nəticələr barədə tədbir iştirakçılarını məlumatlandırıb. 

Cari ildəki fəaliyyətləri dəyərləndirən icraçı direktor əqli mülkiyyətə həsr ediləcək və 2 ay ərzində hər həftə keçirilməsi planlaşdırılan onlayn mühazirələri, Seul və Bakı şəhərlərində keçiriləcək təlimlərin əhəmiyyətini qeyd edib. O, bu fəaliyyətlərin təkcə YTP üçün deyil, ümumilikdə ölkəmizin innovasiya ekosisteminin iştirakçıları üçün də faydalı olacağı və texnologiyaların transferi və kommersiyalaşdırılma sahələrində müvafiq təşkilatlarla əməkdaşlığa hazır olduqlarını ifadə edib.

Tədbirdə layihənin yerli ekspertləri, Samir Vəliyev, İsa Qasımov və Bünyamin Seyidov, Koreyalı ekspertlər - STEPI-nin baş elmi işçisi Soo J.Sohn, Seul Milli Elm və Texnologiya Universitetinin professoru John Shim, Seul Milli Universitetinin professoru Youngtack Shim təqdimat və təkliflərlə çıxış ediblər.

Daha sonra “Bilik laboratoriyası” formatında “Əqli mülkiyyət-İpək Yolu Azərbaycan” başlığı altında onlayn təlim keçirilib. Təlimin məqsədi Koreyanın qabaqcıl əqli mülkiyyət sisteminə aid bilikləri paylaşmaq və bu sahədə Azərbaycan üçün səmərəli təkliflərin hazırlanmasıdır. 

Təlimdə Seul Milli Universitetinin professoru, uzun müddət ABŞ-ın aparıcı hüquq firmalarında patent vəkili kimi çalışmış Youngtack Shimin təqdimatında “İxtira və patent ərizəsinin verilməsi” mövzusunda ilk mühazirə dinlənilib. 

Youngtack Shim Koreya Respublikasının patent ekosistemi, ixtira layihələri, patentləşə bilən ixtiralar, patentin kompenentləri, patent sisteminin mahiyyəti, patent və müəllif hüquqları, ticarət nişanları və ticarət sirləri, aqressiv patent mühafizəsi kimi maraqlı alt-mövzular üzrə fikirlərini iştirakçılarla bölüşüb. 

Daha sonra qeyd edilən mövzularla bağlı suallar səsləndirilib, müzakirələr aparılıb. 

Qeyd edək ki, təlimlər növbəti altı həftə ərzində “Əqli mülkiyyət hüququnun pozulması və onun qarşısının alınması”, “Patent tələbləri”, “Güclü patenti necə əldə etmək olar?”, “Seleksiya patentləri və mülkiyyət hüquqları”, “Patent lisenziyası və kommersiyalaşdırılma” və “Patent biznesi” mövzuları üzrə davam etdiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR