Dərc edildi: Baxış sayı: 489
Yüksək Liqada ilk finalçı müəyyənləşib
Futzal üzrə Azərbaycan Yüksək Liqasında ilk finalçı müəyyənləşib.
"Report"un məlumatına görə, pley-off mərhələsinin 3-cü oyununda "Araz" və EKOL komandaları üz-üzə gəlib. Qarşılaşma "Araz"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb (İlk iki oyunun nəticələri - 4:6, 3:0). Ümumi hesabda 2:1 önə keçən "Araz" finala vəsiqə qazanıb.
Komandanın həlledici görüşdəki rəqibi "Neftçi" İK ilə "Xəzər Cənub" kollektivlərinin duelindən sonra bəlli olacaq. Sözügedən qarşılaşma saat 17:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət