“Youth Inc.” Avropada fəliyyət göstərən təşkilat tərəfindən mükafatlandırılıb
“Youth Inc.” Sahibkarlıq Proqramı “New Generation” layihəsinin bağlanış mərasimində “Avropa İttifaqının Gənc Sahibkarlar Təşkilatı”nın (JEUNE) birinci vitse-prezidenti və Qlobal Komitəsinin Patrik Kovacs tərəfindən “2019-cu il üzrə Gənc Sahibkarlara Dəstək üçün Ən Yaxşı Təşəbbüs” mükafatı ilə təltif edilib.
Mükafatı təqdim edən Patrik Kovacs: “İlk öncə təşkilatımız adından, 7 ildir “Youth Inc.” ilə qarşılıqlı tərəfdaşlıq etməkdən qürur hissi duyduğumuzu qeyd etmək istəyirəm. Mən ən sonuncu dəfə 7 il əvvəl Azərbaycanda olarkən startap və biznes ekosistemi hal-hazırda olan səviyyədə deyildi. 7 il ərzində çox böyük müsbət dəyişikliklər, uğurlar və nəticələr artıq gözə çarpır. Bunların demək olar ki, böyük qismində “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin istisnasız rolu böyükdür. Hətta mən deyə bilərəm ki, böyük biznes ideyaları kiçik kəndlərdə yaxud iri şəhərlərdən çıxa bilər. Amma bunların reallaşdırılmasında hər zaman biznesə dəstək verən qurumların rolu böyük olur. Məsələn “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilən “New Generation” layihəsinin də yaratdığı imkanlar buna bariz nümunədir”.
Mükafatı alan, “Youth Inc.” Sahibkarlıq proqramın meneceri, Zaur Ünsizadə, yüksək qiymətləndirməyə və mükafata görə “Avropa İttifaqının Gənc Sahibkarlar Təşkilatına” və şəxsən cənəb Patrik Kovacsa təşəkkürünü bildirmiş, mükafatın arxasında böyük komanda işinin və “New Generation” layihəsinin tərəfdaşlarının dəstəyinin olduğunu xüsusi olaraq qeyd edib.
Bakıya olan səfər zamanı cənab Kovacs həmçinin, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab İntiqam Babayev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov və Azərbaycan Sahibkarlar Konfederasiyasınn vitse-prezidenti Vüqar Zeynalov ilə görüşlər keçirib.
"Youth Inc." Sahibkarlıq Proqramı öz fəaliyyətinə 2011-ci ildən pilot layihə olaraq uğurla başlamış, 2012-ci ildə "Avropa Birliyinin Gənc Sahibkarlar Təşkilatına" (JEUNE) üzv olduqdan sonra 2013-cü ildə "Coca-Cola" Şirkəti, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və "Vətəndaş Cəmiyyətində Debat" (DVC) təşkilatının ortaq memorandumu əsasında aktiv fəaliyyətə başlamışdır. Proqramın əsas məqsədi Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı, ənənəvi və innovativ sahibkarlıq üzrə savadlılığın və sahibkarların artırılmasıdır. 2015-ci ildən etibarən "Youth Inc." öz Biznes İnkubasiya Mərkəzini ilə fəaliyyət göstərir. Qeyd edək ki, "Youth Inc." Sahibkarlıq Proqramı, fəaliyyət və layihələrinin nəticəsi olaraq 31 biznes layihəsini uğurla inkişaf etdirmiş, 44 biznesə dəstək göstərilmiş, 200-dən çox iş imkanı yaradılmış və 10300-dən çox gənc əhatə edilmişdir. Həmçinin "Youth Inc." gənclər arasında sahibkarlıq fəaliyyətinin geniş təbliğinə görə 2017-ci ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb. Proqram hal-hazırda “Beynəlxalq Biznes İnkubatorlar Assosasiyası” (inBIA) və “Qlobal Sahibkarlıq Həftəsinin” (GEW) Azərbaycanda yeganə təmsilçisi, "Global Shapers Community"-nin və “Amerika-Azərbaycan Ticarət Palatasının” (AmCham) yeganə Biznes İnkubator üzvü, "Google for Startups" tərəfindən dəstəklənən "Startup Grind Baku Hub"-un tərəfdaşıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət