Dərc edildi: Baxış sayı: 353
Yoluxmanın ən çox qeydə alındığı məkanlar açıqlandı
"Siyəzən rayonunda 12 yoluxma halı aşkar edildi ki, onların da hamısı qadınlardır. Onların hamısı da məhz yas yerində yoluxanlardır".
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Ramin Bayramlının sözlərinə görə, yoluxma faktları daha çox ictimai nəqliyyat və ictimai iaşə obyektlərində qeydə alınır:
“Çünki həmin yerlərdə sosial məsafə qorunmur. Marketlərdə də yoluxma sayı artır. Xəstəliyin klinikası getdikcə ağırlaşır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət