Slimfit
  1. CƏMİYYƏT

Yoluxma sayı artsa, mollar, ticarət mərkəzləri və restoranlar yenidən bağlana bilərmi?- Professor AÇIQLADI

Yoluxma sayı artsa, mollar, ticarət mərkəzləri və restoranlar yenidən bağlana bilərmi?- Professor AÇIQLADI
Sakura

Yoluxma sayı artsa, mollar, ticarət mərkəzləri və restoranlar yenidən bağlana bilərmi?- Professor AÇIQLADI

Dünyada koronavirusa yoluxanların sayı sürətlə artır. Artıq bir sıra ölkələrdə pandemiyanın ikinci dalğası ilə bağlı hazırlıqlar həyata keçirilir. İtaliyada xəstəxanalara xəstəliyin yenidən şiddətlənməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Dünyanın ən güclü tibb xidmətinə malik olan ölkələrdən biri olan İsraildə isə xəstəliyin sürətlənməsi səbəbi ilə karantin tədbirlərinin yumşaldılması prosesi dayandırılıb.

 

Azərbaycanda da son günlərdə yoluxma sayında sürətli artım qeydə alınır.

Azərbaycanda koronaviruslu xəstələrin sayı artsa, mollar, ticarət mərkəzləri və restoranlar yenidən bağladıla bilərmi?
Ekspertlər yoluxmanı dayandırmaq üçün hansı tədbirləri təklif edir?

Ens.az xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri və dosenti, azərbaycanlı alim Rafiq Bayramov danışıb. Alim Azərbaycanda koronavirusun artım məsələsində mollar, ticarət mərkəzləri və restoranların bağlanılmasına ehtiyac duyulmadığı qənaətində olduğunu açıqlayıb:

"Düşünürəm ki, bu çarə deyil. Çünki COVİD-1 9 infeksiyasının nə qədər davam edəcəyini heç kəs bilmir. Molları qapalı saxlamaq çox mürəkkəb məsələdir. Düşünürəm ki, sadəcə hər birimiz infeksiya ilə mübarizəyə qoşulub təlimata uyğun olaraq əməl etsək daha yaxşı olar, rəqəmlər, göstəricilər günbəgün azalar".

Dosent Rafiq Bayramov koronavirusun artmasına əsas amil kimi insanların xəstəliyə inanmamalarını göstərib. Alim qeyd edib ki, əgər belə davam etsə, xəstəliklə mübarizə aparmaq olduqca çətin olacaq:

"İstər Nazirlər Kabineti yanında Operativ Qərargah, istərsə də Təbib tərəfindən lazım olan tədbirlər görülür. Bu tədbirlər xəstələnmə sayı və statistikaya, dünya praktikasına əsasən aparılır. Sadəcə əhalinin böyük əksəriyyəti çox təəssüf ki, hələ koronavirusun olmasına inanmır. Xəstəliyə bu gün inanmayanların sayı çoxdur. Nə qədər ki, inanmayanların sayı çoxdur və hər kəs bu infeksiya ilə mübarizədə yaxından iştirak etmir, şəxsi gigiyenaya riayət etmir, kütləvi yerlərə toplaşmaqdan çəkinmir, maskalardan istifadə etmir, düşünürəm ki yoluxma ilə mübarizə aparmaq çox çətin olacaq. Koronavirus infeksiyası tənəffüs infeksiyasıdır. Tənəffüs infeksiyalarının yayılma göstəriciləri adətən yüksək olur. Ona görə də istənilən nəaliyyəti əldə etmək üçün hər bir vətəndaş həmrəy olmalıdır".

Azərbaycanlı alim həmçinin ötən həftə ölkədə ilk dəfə tətbiq edilən iki günlük izolyasiya tədbirindən də danışıb:

"Vətəndaşlarımız iki günlük izolyasiyanı normal qəbul etsələr, bu effektiv olar. Deyirlər ki, bütün günlərdə virus olmadımı, ancaq altı- bazar günü oldu? Demək istəyirəm ki, xeyr, virus hər gün olur. Sadəcə nə qədər mümkündürsə, izolyasiya edib infeksiyanın yayılmasının, insanların bir-birini yoluxdurmasının qarşısını almaq mümkün olsa, sağlam insanlar xəstələrdən izolyasiya olunub qarşısı alınsa mübarizə tədbirləri də effektli olar".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR