Slimfit
  1. CƏMİYYƏT

Yolu "gülə-oynaya" keçməyi unudun, zarafat deyil

Yolu "gülə-oynaya" keçməyi unudun, zarafat deyil
Sakura

Yolu "gülə-oynaya" keçməyi unudun, zarafat deyil

Piyadalarla bağlı inzibati xəta tərkibi yaradan halların azalması zərurətindən irəli gələrək piyadalara qarşı profilaktiki tədbirlərin yol polisinin piyada naryadları tərəfindən icrası davam etdirilir

 "Paytaxtda avtomobilləşmənin sürətlə inkişaf etdiyi dövrdə təhlükəsizliyin əsas şərti yol mədəniyyəti – sürücü, piyada məsuliyyətidir. Yollarda qarşılıqlı məsuliyyət, piyada-sürücü, sürücü-piyada münasibətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirilir. Əvvəlki illərdən fərqli olaraq, paytaxt yollarında piyada intizamının güclənməsində konkret nəticələr var".

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib. Onun sözlərinə görə, bunu nəzərə alaraq, post-patrul xidmətindən yol polisinə ezam olunan əməkdaşlardan təşkil olunan naryadların fəaliyyətinə xitam verilməklə, əvvəlki iş yerlərinə qaytarılıb: "Piyadalarla bağlı inzibati xəta tərkibi yaradan halların azalması zərurətindən irəli gələrək piyadalara qarşı profilaktik tədbirlərin yol polisinin piyada naryadları tərəfindən icrası davam etdirilir".

E.Hacıyev diqqətə çatdırıb ki, yollarda müşahidə olunan sosial-neqativ hallar – piyada keçidlərindən istifadə etmədən, "tələsirəm" deyib, öz həyatına, sürücülərin hüquqlarına ehtiyatsız yanaşmanın fəsadları cəmiyyətə məlumdur: "Bu fəsadlara səbəb olan yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi və maarifləndirmə hər bir hərəkət iştirakçısından da asılıdır.

Hər bir hərəkət iştirakçısı bilməlidir ki, ani ehtiyatsızlıq, etinasızlıq böyük faciələrə səbəb olur. Dəyərmi doğmalarımızın göz yaşına? Təhlükəsiz həyat naminə hər birimiz qaydalara əməl etməliyik ki, doğmalarımız gözü yaşlı qalmasınlar. Mütəmadi olaraq, statistikanı yayırıq ki, sürücü, piyada, bu qədər adam ölüb, bu qədər adam xəsarət alıb, diqqətli ol!

Bu reallıqlar, açıq gerçəklər o həqiqətin göstəricisidir ki, dövlət nümayəndəsi – polis cəmiyyətə açıq çağırışlar edir: "Yol qaydalarına əməl edin, əks təqdirdə..."

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, əhalinin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir".





Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR