Slimfit
  1. CƏMİYYƏT

Yollarda yoxlama-buraxılma işləri nə vaxt yekunlaşacaq? - AÇIQLAMA

Yollarda yoxlama-buraxılma işləri nə vaxt yekunlaşacaq? - AÇIQLAMA
Sakura

Yollarda yoxlama-buraxılma işləri nə vaxt yekunlaşacaq? - AÇIQLAMA

"Növbəti dövr ərzində göstəriş verildiyi təqdirdə və qərar qəbul olunduğu halda nə etmək lazımdırsa o istiqamətdə də xidmət davam etdiriləcək". Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov may ayının 4-dən etibarən post-karantin dövrünə keçid edildiyi təqdirdə yollarda yoxlama-buraxılma işlərinin yekunlaşdırılması və yaxud postların ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar yoxlama-buraxılma nəzarət məntəqələrinin müvafiq fəaliyyətini davam etdirməsi və ya fəaliyyətini başa vurması karantinlə bağlı alınacaq rəsmi qərarla bəlli olacaq:

"Mən hesab edirəm ki, bu sualın cavabı karantinlə bağlı məlum qərarla aydın olacaq. Bildiyimiz kimi hazırda karantin müddəti Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən uzadılıb və may ayının 4-ə qədər polis gücləndirilmiş iş rejimi ilə xidmətini davam etdirəcək. Qeyd edildiyi kimi yoxlama-buraxılma işlərində də funksional vəzifədə nə nəzərdə tutulubsa o da həyata keçiriləcək".

Polis polkovnikinin sözlərinə görə, may ayının 4-nə qədər qanun çərçivəsində nə nəzərdə tutulubsa eynilə yerinə yetiriləcək və may ayının 4-dən sonra da qanunla nəzərdə tutulan istiqamətdə xidmət davam etdiriləcək:

"Karantin müddəti martın 13-dən etibarən elan olunub, martın 13-dən 29-na və daha sonra mayın 4-ə qədər uzadılıb. Postlar, inzibati tənbeh tədbirləri və s. bunların hamısı qanunla nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinə aiddir.

Polis qanun çərçivəsində xidmət göstərir. Əgər pandemiya ilə əlaqədar yoxlama-buraxılma məntəqələrinin, postların ləğv edilməsi ilə bağlı qərar qəbul edilərsə və karantin müddəti sonlandırılarsa polis də öz xidmətini başa vuracaq. Hər bir qurumun istənilən dövrdə öz funksional vəzifəsi var və biz də polis olaraq qanun çərçivəsində xidmət edirik".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR