Slimfit
  1. AZƏRBAYCAN

Yolda maşında nasazlıq yaranarsa, bunu edin - BNA

Yolda maşında nasazlıq yaranarsa, bunu edin - BNA
Sakura

Yolda maşında nasazlıq yaranarsa, bunu edin - BNA

Dayanma, durma və parklanma qaydalarının tənzimlənməsi və bu qaydaların pozulmasına görə protokolların yazılması Bakı Nəqliyyat Agentliyinin tabeliyinə keçdikdən sonra sürücülər arasında bir sıra narazılıq və anlaşılmazlıqlar yaranıb.

Axar.az xəbər verir ki, paytaxt sakini Anar Qədirov maşınında yaranan nasazlıq səbəbindən yolun hərəkət hissəsində avtomobilini dayandırdığını, BNA-nın müşahidə kameralarının isə bunu xəta kimi qeydə alaraq, ona cərimə yazdığını bildirib.

Məsələ ilə bağlı açıqlama yayan BNA bu kimi halların yaşanmaması üçün sürücülərdən texniki nasazlıq zamanı qəza dayanması işıq siqnalını yandırmalarını və ya qəza dayanması nişanını quraşdırmalarını xahiş edib:

“Vətəndaşların dayanma və durma, parklanma qaydaları barədə məlumatsızlığı bir sıra anlaşılmazlıqların yaranmasına səbəb olur. Məlumat üçün bildirək ki, “Yol Hərəkəti Haqqında” qanunun 55-ci maddəsinin 2-ci hissəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaratdıqda, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Bu halda, sürücü barədə hər hansı inzibati cərimə protokolu tərtib olunmur. Əlavə olaraq bildirək ki, bu kimi hallarda sürücülərin qeyd olunan məsələlərlə bağlı Bakı Nəqliyyat Agentliyinə fərdi qaydada və ya info@bna.az elektron ünvanına da müraciəti əsasında məsələ araşdırıla və bu barədə müvafiq qərarlar qəbul edilə bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR