Slimfit
  1. GÜNDƏM

"Yol verəndə" qanun pozulurmu?

"Yol verəndə" qanun pozulurmu?
Sakura

"Yol verəndə" qanun pozulurmu?

Bu gün sürücülərin bir çoxu AvtoStop verilişinə zəng edəndə məhz yol verməkdən danılşırlar. Xüsusən də digər sürücü intensiv hərəkət şəraitində könüllü surətdə yol verirsə, bu zaman yazılan cərimələrdən narazılıq edirlər. Gəlin, bütün daşları yerinə oturdaq.

Fins.az-ın məlumatına görə, hər zaman geniş yayılan situasiyadan başlayaq. Qırmızı rəngli avtomobilin sürücüsü sola dönəcək. Bu zaman o, qarşıdan gələn avtomobilləri buraxmalıdır. Hərəkətin intensiv şəraitində bu uzun müddətli ləngimələrə gətirib çıxaracaq. Göy rəngli avtoimobil dayanaraq ona yol verir. Bu zaman qırmızı avtomobil sola dönərsə, qaydanı pozurmu ?

Pozmur !!! Çünki, qanun ayrı şey deyir:

yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir;

Burada əsas şərt qəfil olaraq dayanmaqdır. Sürücü qırmızı rəngli avtomobilin sürücüsünə görə qəfildən dayanmadı. Özü könüllü surətdə yol haqqında imtina edib, hərəkəti ləngitməmək üçün ona yol verdi. Yəni, burada inzibati pozuntu tərkibi yoxdur. Əgər, göy avtomobilin sürücüsü qəzanın qarşısını almaq üçün qəfildən tormozlayıb dayanarsa və fürsətdən istifadə edən qırmızı rəngli avtomobilin sürücüsü dönərsə, bu zaman qayda pozuntusu qeydə alına bilər. 

Yol vermək bütün situasilarda eyni mənanı daşıyır. İstər piyada olsun, istər yolayrıcında , istərsə də kəsişmədə olsun. Hər birində qəfildən istiqamət dəyişməsi və sürətin aşağı salınması olmalıdır. Bunlar baş verməyibsə, demək qayda pozuntusu yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR