Slimfit
  1. CƏMİYYƏT

Yol Polisindən sürücülərə xəbərdarlıq

Yol Polisindən sürücülərə xəbərdarlıq
Sakura

Yol Polisindən sürücülərə xəbərdarlıq

Dövlət Yol Polisi sükan arxasında sürücülərin daha diqqətli olmağa sövq edəcən yeni sosial çarx hazırlayıb.

Oxu.Az xəbər verir ki, sosial çarx Bakı şəhər Dövlət Yol Polisinin təşəbbüsü ilə gerçəkləşdirilib.

Video çarxın hazırlanmasında əsas məqsəd yol qəzaların qarşısını almaq, sürücüləri sükan arxasında daha diqqəti olmağa təşviq etməkdir. Videoda gənc ailə təsvir olunub. Yeni dünyaya gələcək övladlarının sevincini yaşayan cütlük avtomobildə hərəkət edir. Bu zaman sürücü öz sevincini bölüşmək üçün tez-tez arxa oturacaqda əyləşmiş hamilə xanımına baxır, onunla söhbət edir. Nəticədə yolu keçmək istəyən digər piyadanı görmür. Qəza nəticəsində isə sürücü, həyat yoldaşı və piyada həyatını itirir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, son aylarda baş verən yol qəzalarının 70 faizi sükan arxasında sürücü diqqətsizliyi ucbatından baş verib.

“Sürücülər sükan arxasında diqqəti olmalı, fikri yayındıran hallara yol verməməlidirlər. Bizim əsas məqsədimiz qəzaların qarşısını almaq, insanları bu istiqamətdə maarifləndirməkdir. Düşünürəm ki, silsilə şəklində hazırlanan sosial çarxları izləyən sürücülər bundan nəticə çıxaracaq”.

Könül Cəfərli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR