Slimfit
  1. CƏMİYYƏT

Yol polisindən piyadalara çağırış

Yol polisindən piyadalara çağırış
Sakura

Yol polisindən piyadalara çağırış

Hərəkətin təhlükəsizliyi bütün dövrlərdə aktual olub. Tərəfimizdən kompleks profilaktik tədbirlərin həyata keçirilməsi üçün bütün mümkün vasitə və imkanlardan istifadə olunmaqla icraya yönəldilir.

Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Publika.az-a bildirib ki, ötən illərin təcrübəsi, dövrün çağırış və təhdidlərinə paralel olaraq, hərəkətin təhlükəsizliyi diqqət mərkəzindədir:

"Hər bir hərəkət iştirakçısı diqqətli məsuliyyətli olmalı, digərlərinin həyat və sağlamlığına, əmlakına münasibətdə həssaslıq nümayiş etdirməlidir. Mütəxəssislərin araşdırmaları və yol-qəza hadisələrinin aşağı səviyyədə olduğu xarici ölkələrin təcrübəsi də onu deməyə əsas verir ki, yol qəza hadisələrinin sayını azalda biləcək əsas amil sürücü və piyada intizamının möhkəmlənməsidir".

Polis polkovniki əlavə edib ki, hər bir insanın ən böyük amalı təhlükəsiz və sağlam yaşamaqdır: "Ancaq necə yaşamaq – ehtiyatla, yoxsa ehtiyatsızlıqla? Hər bir halda təkcə qanunun tələbi deyil, bu düşüncə tərzidir. Ehtiyatla davranmayanda, səhlənkərlıq edəndə nəticə ağır olur".

Mənbə: Publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR