Dərc edildi: Baxış sayı: 692
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi ictimai iaişə müəsissələrində (kafe, restoran,yeməkxana, fast…
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi ictimai iaişə müəsissələrində (kafe, restoran,yeməkxana, fast -food və s.) moped və motosikiletlərlə fəaliyyət göstərən kuryerlərə xəbərdarlıq edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Unikal.org-a açıqlamasında bildirib ki, idarəyə son vaxtlar moped və motosikiletlərlə fəaliyyət göstərən kuryerlərin yol hərəkəti haqqında qanunu pozmaları ilə bağlı məlumatlar və faktlar daxil olur.
"Xüsusən restoran və kafe işlədən sahibkarlar istehsal etdikləri yeməkləri kuryer vasitəsilə müştərilərin ünvanlarına çatdırırlar. Sözügedən işin həyata keçirilməsi üçün əksər vaxtlarda moped və motosikiletlərdən istifadə edilir. Bu nəqliyyat vasitələrini idarə edənlər tərəfindən yol-hərəkəti qaydalarının kobud şəkildə pozulması halları qeydə alınır. Nəticədə müxtəlif yol qəzalarının baş verməsinə gətirib çıxarır.
Yol hərəkəti haqqında qanunda deyilir ki, mexaniki nəqliyyat vasitəsinin açma mühərriki 50 kub santımetrdən yuxarı olanda dövlət nömrə nişanları verilir. Həmin nömrəsiz gəzən mexaniki nəqliyyat vasitələri 50 kub santımetrdən aşağı olduğu üçün onlara dövlət nömrə nişanı verilmir”.
İdarə rəsmisi əlavə edib ki, dövlət nömrə nişanı olmayan və avtomobillər üçün nəzərdə tutulan yolda hərəkət edən bütün nəqliyyat vasitələri yol-hərəkəti qaydalarına ciddi əməl etməlidir:
"Nəqliyyat vasitəsindən aslı olmayaraq belə hallar aşkar edilirsə, qanunvericiliyə uyğun olaraq sözügedən nəqliyyat vasitəsini idarə edən sürücülərə qarşı cəza tədbirləri həyata keçirilir. Dediyimiz fakt əsasında bu gün biz xidmət apardığımız ərazilərdə hərəkət iştirakçıları, xüsusilə də kuryerlərin yol hərəkəti qaydalarının pozmaları halını görürüksə, təbii ki, onlara cəza tədbirləri həyata keçiririk. Kuryerlərin özləri başqa nəqliyyat hərəkət iştirakçıları kimi yol hərəkət qaydalarına nizam-intizamla əməl etməlidirlər. Bu ən azı onların təhlükəsizliyi naminə edilməlidir. Başqa nəqliyyat vasitələrinin hərəkətinə mane yaratmamalıdırlar.
Kuryerlər də svetaforun qırmızı işığında dayanmalı, yaşıl işığında hərəkət etməlidirlər. Onlar piyada yolu ilə deyil, avtomobillər üçün nəzərdə tutulan yollarla hərəkət etməlidirlər. Baş verə biləcək yol qəza hadisəsində xəsarət dərəcəsinin yüngüləşdirilməsi məqsədilə kaska ilə gəzməlidirlər”.
V.Əsədov deyib ki, bu gün ölkəmizdə xüsusən Bakıda ictimai iaişə müəsisələrində istifadəsinə daha çox ehtiyac olduğu üçün mopedlərin sayı kifayət qədər artıb: "Bunun üçün sözügedən iaişə obyektlərin sahibləri də kuryerlərə bu yöndə ciddi tapşırıq verməlidirlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət