Yol Polisindən bu sürücülərə sərt XƏBƏRDARLIQ
“Yük avtomobillərinin sürücüləri bu istisnadan istifadə edib özləri ilə başqa bir sərnişin aparmasınlar. Həmin şəxsin yükə aidiyyəti olmadığı təqdirdə karantin rejiminin pozulması halı kimi qiymətləndirilib inzibati məsuliyyətə cəlb olunacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev İTV-nin efirində deyib. O bildirib ki, martın 29-dan etibarən bütün şəhərlər və rayonlar arası nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb:
“Yəni, bu günə kimi yalnız sərnişindaşıma fəaliyyəti ilə məşğul olanların hərəkətinə qadağa qoyulmuşdu, ancaq artıq istər şəxsi, istər hansısa müəssisəyə məxsus avtomobillərin rayon və şəhərlərarası hərəkəti tam dayandırılıb. Artıq rayonlararası yollarda da postlar yaradılıb. İstisna təşkil edən nəqliyyat vasitələri təcili tibbi yardım, qəza xilasetmə, kənd təsərrüfatı məhsullarını daşıyan, eləcədə yük avtomobilləridir. Yük avtomobilləri dolu, boş, apardığı məhsuldan asılı olmayaraq, hərəkət edə bilər. Nəqliyyat vasitəsində isə yalnız həmin yüklərə məsul olan şəxslər daşına bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət