Slimfit
  1. CƏMİYYƏT

Yol polisi yeni dərs ilinə hazırlıq görür

Yol polisi yeni dərs ilinə hazırlıq görür
Sakura

Yol polisi yeni dərs ilinə hazırlıq görür

Astarada Dövlət Yol Polisinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, baş verə biləcək yol qəzalarının qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi ilə bağlı profilaktiki işlərə başlanılıb. 

Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi və "Siqnal" idarəsinin əməkdaşları tərəfindən təhsil müəssisələrinin yerləşdiyi ərazilər, həmçinin məktəblilərin hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb.

 

Bura yeni yol nişanlarının qoyulması və köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər daxildir. Eyni zamanda, bu istiqamətdə dövlət yol polisi əməkdaşları tərəfindən uşaqlara küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə məktəblərdə yol hərəkəti qaydaları üzrə açıq dərslərin və digər zəruri maarifləndirici aksiyaların keçirilməsi nəzərdə tutulub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR