Slimfit
  1. CƏMİYYƏT

Yol polisi sürücüləri "tələ"yə salır? - Rəsmi açıqlama

Yol polisi sürücüləri "tələ"yə salır? -  Rəsmi açıqlama
Sakura

Yol polisi sürücüləri "tələ"yə salır? - Rəsmi açıqlama

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzinin yanındakı dairədə yol polisi əməkdaşlarının sürücüləri saxlaması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"a bildirib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb:

“Bu videogörüntü ilə bağlı tərəfimizdən araşdırmalara başlanılıb. Biz hazırda bilmirik ki, həmin polis əməkdaşı nə səbəbə görə sürücüləri saxlayır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzinin yanındakı dairədə yol polisinin sürücülərə "tələ qurması" ilə bağlı videogörüntü yayılıb. Görüntünü qeydə alan sürücü iddia edir ki, həmin ərazidə xidmət aparan yol polisləri patrul avtomobili ilə dairə boyunca dayanmadan hərəkət edərək onlara yol verməyən sürücüləri saxlayıb məsuliyyətə cəlb edirlər.

 

 

Mətndə orfo
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR