Slimfit
  1. CƏMİYYƏT

Yol nəqliyyat hadisələrinin elektron məlumat bazası yaradılacaq

Yol nəqliyyat hadisələrinin elektron məlumat bazası yaradılacaq
Sakura

Yol nəqliyyat hadisələrinin elektron məlumat bazası yaradılacaq

Bu isə baş verən hadisələrin daha ətraflı təhlilinə, habelə bir sıra xarici ölkələr arasında yol-nəqliyyat hadisələri üzrə məlumatların müqayisə edilməsinə imkan yaradacaq

Azərbaycanda "Yol-nəqliyyat hadisələri" elektron məlumat bazası yaradılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, elektron məlumat bazasının yaradılması "Yol hərəkətinin təhlükəsizliyinə dair" (2019-2023) Dövlət Proqramında nəzərdə tutulub. Hazırda "Yol-nəqliyyat hadisələri" elektron məlumat bazasının yaradılması və məlumatların elektron qaydada hazırlanması barədə layihə hazırlanır.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında "Yol hərəkətinin təhlükəsizliyi haqqında" dövlət proqramında yol hərəkəti və qəzaların minimuma endirilməsi məsələsi öz əksini tapıb.

Onun sözlərinə görə, belə bir proqramın yaradılması qəzaların sayının azalmasına yardımçı ola biləcək. Bu proqramda bir çox məsələlər yer alıb və ekspert hesab edir ki, bunun üçün sertifikatlaşmış rəsmi servis mərkəzləri də bu avtomobillərə texniki baxış keçirməlidir: "Çünki hal-hazırda yol polisində olan avadanlıqlarla qeyd olunanları həyata keçirmək mümkün deyil. Proqram hazırlanarkən qurumlar, sertifikatlaşdırılmış servislər müştərək olaraq hazırlanıb istifadəyə verilməlidir. Ancaq bu proqramın effektiv olub-olmayacağı sual altındadır. Nə qədər ki, Azərbaycan yolları standartlara cavab vermir, yol infrasturukturu hazır deyil, yol hərəkəti iştirakçıları öz məsuliyyətini bilmir, bu proqramın istifadəsi o qədər də asan olmayacaq".

Ekspert Elməddin Muradlı bildirib ki, "yol hərəkətinin təhlükəsizliyi haqqında" dövlət proqramında bir çox məsələlər öz əksini tapıb.

Onun sözlərinə görə, "Yol-nəqliyyat hadisələri"nin elektron bazasının yaradılması da dövlət proqramında yer alan məsələlərdəndir.

Belə ki, bu bazanın yaradılması bir çox məsələlərə aydınlıq gətirəcək.

"Burada hər bir hadisənin baş verməsi və təhlilləri yer almalıdır. Və bu təhlillərin nəticəsi olmalıdır. Bu bazaya aidiyyəti bütün qurumların girişi olmalı, hadisələr təhlil edildikdən sonra, səbəblər aradan qaldırılmalıdır. Məlumat bazasının olması eyni yerdə hadisələrin baş verməsinin qarşısını alacaq", - deyən Muradlı bildirib ki, bazanın olması sürücülərin sığorta şirkətləri ilə üzləşdikləri problemlərin də qarşısını alacaq.

Onun fikrincə, sistem professional şəkildə qurulmalıdır ki, sürüclər bundan faydalana bilsinlər.

Xatırladaq ki, yaradılacaq elektron bazada nəqliyyat vasitəsinin buraxılış ili, ölkə qeydiyyatı, onun aktiv təhlükəsizlik avadanlığının mövcud və ya işlək vəziyyətdə olub-olmaması, hava şəraiti, yol örtüyünün vəziyyəti, sükanın hansı tərəfdə olması, səfər, yaxud səyahətin məqsədi və sair məlumatlar toplanacaq.

Bu isə baş verən hadisələrin daha ətraflı təhlilinə, habelə bir sıra xarici ölkələr arasında yol-nəqliyyat hadisələri üzrə məlumatların müqayisə edilməsinə imkan yaradacaq.

Bununla yanaşı, həmin bazadakı məlumatlar əsasında həm də hadisələrin elektron xəritəsini yaratmaq mümkün olacaq.

Elektron xəritənin köməyi ilə ölüm, xəsarət və maddi zərərlə nəticələnmiş qəza nöqtələrinin vizual görüntüsünü əldə etmək mümkün olacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR