Slimfit
  1. CƏMİYYƏT

“Yol hərəkətinin təhlükəsizliyinin ən vacib elementlərindən biri piyadaların təhlükəsizliyinin təmin olunmasıdır” - Ekspert

“Yol hərəkətinin təhlükəsizliyinin ən vacib elementlərindən biri piyadaların təhlükəsizliyinin təmin olunmasıdır” - Ekspert
Sakura

“Yol hərəkətinin təhlükəsizliyinin ən vacib elementlərindən biri piyadaların təhlükəsizliyinin təmin olunmasıdır” - Ekspert

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib.

Bakı şəhərində 113 piyada keçiridi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü piyada keçidi, 72-si yeraltı piyada keçididir.

Hazırda 41-i yerüstü, 61-i isə yeraltı olmaqla paytadxtda daha 102 piyada keçidi tikilir.

11 piyada keçidi yenidən qurulub.

Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 ədəd yeraltı və yerüstü piyada keçidi tikilərək istifadəyə verilib.

Rayon və şəhərlərin daxilində - 3 ədəd (Quba, Zaqatala, Qəbələ) piyada keçidi tikilərək istifadəyə verilib.

Bu günədək ölkədə180 ədəd piyada keçidi tikilərək istifadəyə verilib.

Hazırda ölkə üzrə avtomobil yollarında 9 ərazidə piyada keçidinin inşası davam etdirilir.

Ens.az xəbər verirki,piyada keçidlərinin əhəmiyyəti ilə bağlı Bizimyol.info-ya açıqlama verən yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, yol hərəkətinin təhlükəsizliyinin ən vacib elementlərindən biri piyadaların təhlükəsizliyinin təmin olunmasıdır.

“Çünki piyadaların yolun ən çox saylı iştirakçılarıdır. Hər kəs piyada ola bilər.

Piyadaların özəlliyi odur ki... Məsələn, əlilliyi olan şəxslər var, övladını uşaq arabasında aparan valideynlər var, əlində ağır yükü olan insanlar var. Bunların hamısı üçün rahat və təhlükəsiz hərəkət təşkil olunmalıdır”,-deyə ekspert bildirib.

Ə.Hüseynov deyib ki piyadaların təhlükəsizliyində ən vacib element piyadaların yolun bir tərəfindən digər tərəfinə təhlükəsiz keçidinin təşkil olunmasıdır: “Ümumiyyətlə, yol hərəkətinin təhlükəsizliyinin iki əsas elementi var: yol boyu səki ilə getmək və yolun bir tərəfindən digər tərəfinə rahat hərəkət etmək.

Yolun bir tərəfindən digər tərəfinə keçmək üçün piyada keçidləri var. Onun da iki variantı var: eyni səviyyəli piyada keçidi-asfaltla eyni səviyyədədir, orada avtomobillərlə piyadaların hərəkət tryaktoriyası kəsişir. Burada avtomobil və ya piyada səhv etsə qəza baş verə bilər.

Yerüstü və yeraltı piyada keçidləri var. Burada piyadaların təhlükəsizliyi tam təmin olunur. Çünki

tryaktoriyalar kəsişmir. Avtomobillər öz yolu ilə, piyadalar da öz yolu ilə hərəkət edirlər.

Amma yerüstü və yeraltı piyada keçidlərini də hər yerdə yaratmaq olmaz. Birincisi, bunun üçün küll miqdarda vəsait lazımdır, ikincisi şəhər eybəcər vəziyyətə düşə bilər.

Ona görə də yerüstü və yeraltı piyada keçidləri şəhərdən kənarda yüksək sürət olan yollarda, magistral yollarda yerüstü və yeraltı piyada keçidləri inşa edilir.

Şəhər içi üçün nəzərdə tutulan sürət həddindən yuxarı sürət həddi təyin edilmiş Heydər Əliyev prospektində, Bakı dairəvi yolunda və Ziya Bünyadov prospektində yeraltı və yerüstü piyada keçidləri inşa edilib.

Çünki bu ünvanlarda eyni səviyyəli keçid təhlükəlidir.

Eyni səviyyəli piyada keçidlərdə təhlükəsizliyi təmin etmək üçün keçid işarələnməli, işıqlandırılmalıdır. Artıq Avropada yerüstü və yeraltı piyada keçidləri inşa edilmir. Eyni səviyyəli piyada keçidlərinə işıqforlar quraşdırılır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR