Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yod çatışmazlığının 11 əlaməti

Yod çatışmazlığının 11 əlaməti
Sakura

Yod çatışmazlığının 11 əlaməti

Yod sağlamlıq üçün vacib mineraldır. Qalxanabənzər vəzinin hormonlarının sintezində mühüm rol oynayır. Bu hormonlar beynin inkişafı, boyun artması, yaraların sağalması və normal metabolizm üçün əvəzsizdir.

Yod çatışmazlığı qalxanabənzər vəzinin hormon ifraz etmək qabiliyyətini məhdudlaşdırır və hipoterioza səbəb olur. Bunu bilmək vacibdir ki, yetkin insan qalxanabənzər vəzinin və bütün orqanizmin sağlam funksionallığını təmin etmək üçün gündəlik olaraq 150 mkq yod qəbul etməlidir.

Yod çatışmazlığının əlamətləri

2017-ci ildə aparılmış araşdırmaya görə, insanların üçdə biri yod çatışmazlığından əziyyət çəkir. İnsanda yod çatışmazlığının ola biləcəyinə işarə edən 11 əlaməti təqdim edirik:

1. Çəkinin kəskin şəkildə artması

Yod çatışmazlığının ən əsas əlamətlərindən biri çəkinin gözlənilməz şəkildə artmasıdır. İnsanda maddələr mübadiləsi sağlam şəkildə getdikdə, həzm olunan qida enerjiyə çevrilir.

Hipoterioz metabolizmi ləngidir və kalorilər piy qatına yığılmağa başlayır. Nəticə etibarilə, insanın çəkisi kəskin şəkildə artır. Unutmaq lazım deyil ki, artıq çəki heç də hər zaman yod çatışmazlığının meyarı olmur.  

Çəki artımının daha geniş yayılmış izahı həddən artıq kalori qəbulu və ya sadə dillə desək, həddən artıq qidalanmadır. Ancaq çəki artımı bu faktorlarla əlaqəli olmadıqda, bu haqda düşünmək zərurəti ortaya çıxır.

2. Halsızlıq

İnsanda yod çatışmazlığı olanda, o, özünü daima halsız hiss edir. O, əşyaları qaldırmaqda çətinlik çəkir, hərəkətləri ağırlaşır, tez yeriyə bilmir.  Bu, hipoteriozun orqanizmdə metabolizm prosesini yavaşlatması ucbatından baş verir.

İnsan  qəbul etdiyi qidadan daha az enerji alır. Əzələlər süstləşir, insan özünü taqətsiz hiss etməyə başlayır.

3. Yorğunluq hissi

Metabolizmin pozulması insanın daima özünü yorğun hiss etməsinə səbəb olur. Artıq çəki kimi, yorğunluq da hər zaman yod çatışmazlığı ilə əlaqədar olmur. İnsan kifayət qədər istirahət edirsə, onun bu yorğunluğu yod çatışmazlığı ilə izah oluna bilər.

4. Saçların tökülməsi

Saçların tökülməsi yododefisitin mümkün əlamətlərindən biridir. Qalxanabənzər vəzi saç follikullarının bərpası prosesinə dəstək olur. Hipotireoz baş verdikdə, hormon çatışmazlığı  follikulların bərpası prosesini dayandırır. Bir müddətdən sonra saçların çox hissəsi tökülür.

5. Quru dəri

Quru, qabıq verən dəri hipoteriozun əlamətlərindən sayıla bilər. Qalxanabənzər vəzinin hormonları hüceyrələrin yenilənməsinə kömək edir. Hormon ifraz olunmadıqda, bu, dəridə güclü qabıq verən qabartıların meydana gəlməsinə səbəb olur.

6. Daima üşümə

Daima üşümə metabolizm zəifləməsinin əlamətlərindəndir. İnsanın enerjisi təkcə aktiv fəaliyyətə deyil, eyni zamanda, orqanizmin normal temperaturunun təmin olunmasına kifayət etmir. Adətən, olduğunuz mühitdə mütəmadi olaraq üşüyürsünüzsə, endokrinoloqa müraciət etməyiniz tövsiyə olunur.

7. Nəbzin zəifləməsi

Yod çatışmazlığı bəzi hallarda ürək döyüntüsünü zəiflədir; bu, təkcə skelet əzələlərinin deyil, eyni zamanda, bütün orqanizmin əzələlərini ehtiva edən əzələ süstlüyündən qaynaqlana bilər.

Nəbzin zəifləməsi ürək ağrılarına, baş gicəllənməyə və oksigen çatışmazlığına yol açır.

8. Yaddaşla bağlı problemlər

Qalxanabənzər vəzinin hormonları beynin inkişafı üçün vacibdir. Yodun defisiti bu hormonların çatışmazlığına yol aça bilər, bu isə öz növbəsində hafizə və yeni şeylərin öyrənilməsi ilə bağlı problemlərə səbəb olur.

2014-cü ildə aparılmış tədqiqata görə, beynin hafizə və öyrənmə bacarığına cavabdeh olan hissəsi – hippokampus qalxanabənzər vəzidə aşağı hormon səviyyəsi olan insanlarda daha kiçik ölçüdə olub.

9. Hamiləlikdə fəsadların ortaya çıxması

Hamilə qadının lazımi miqdarda yod qəbul etməsi bəzən çətinləşə bilər, belə ki, təkcə ananın deyil, eyni zamanda, bətndəki körpənin orqanizminin bu mikroelementə ehtiyacı var.

Cüzi yod çatışmazlığı belə körpənin natamam beyin inkişafına yol aça bilər; yod çatışmazlığı yüksək olduqda isə dölün tələf olması ilə nəticələnər.

10. Ağrılı və qeyri-müntəzəm aybaşılar

Qalxanabənzər vəzinin aşağı hormon miqdarı menstrual dövrənin tənzimlənməsinə (nizamlanmasına təsir edə bilər. Yod çatışmazlığı zamanı menstruasiya daha ağrılı keçir.  

11. Zob

Güclü və xroniki yod çatışmazlığı qalxanabənzər vəzinin ölçülərinin böyüməsinə səbəb olur.

Diaqnostika

Orqanizmdə yod çatışmazlığı diaqnozunu həkim qoyur. Yod çatışmazlığının diaqnostikasında ən effektiv vasitə sidik analizidir. Yod defisiti o halda baş verir ki, insan bu və ya digər səbəbə görə yodla zəngin olan məhsullarla lazımınca qidalanmır.

Nə etməliyik?

ABŞ Milli Səhiyyə İnstitutunun ekspertlərinin tövsiyələrinə görə, aşağıda sadalanan məhsullar zəngin yod mənbəyi hesab olunur:

– dəniz yosunları

– treska balığı

– yoqurt

– dəniz xərçəngi

– yodlaşdırılmış duz

– toyuq yumurtası

– tuna balığı

– qara gavalı.

www.oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR