Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yırtıqları müalicə etməyə ehtiyac yoxdur!

Yırtıqları müalicə etməyə ehtiyac yoxdur!
Sakura

Yırtıqları müalicə etməyə ehtiyac yoxdur!

Hətta güclü ağrılara səbəb olan fəqərə arası yırtıqların əksəriyyəti heç bir müalicə tələb etmir və özü özündən sovrulub gedir.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu haqda tanınmış ukraynalı həkim Ulyana Suprun məlumat verib. Həkim qeyd edib ki, bu təbii prosess "rezorbsiya" adlandırılır.

Həkim qeyd edib ki, fəqərə arası yırtıqları olan xəstələrə tez-tez əməliyyatlar təyin olunur. Lakin həkimin fikrinə görə, onurğa sütünu üzərinə aparılan belə əsasssız əməliyyatlar xəstəyə nəinki xeyir gətirmir, hətta ziyan vurur.

Həmçinin həkim fəqərə arası disklərinin müxtəlif qeyri-ənənəvi müalicə metodikalarına da şübhə ilə yanaşdığını qeyd edib.

Ulyana Suprunun sözlərinə görə, tibbi statistika göstərir ki, bel yırtıqlarının əkəsriyyəti özü özündən yox olur. Ümumiyyətlə isə hər 3 yırtıqdan biri əməliyyatsız sovrulur.

Böyük Britaniyada aparılan araşdırmalar zamanı məlum olub ki, fəqərə arası yırtıqlar 80%-dən çox hallarda özü özündən yox olur. Bu prosess üçün 3 aydan 12 aya qədər vaxt tələb oluna bilər.

Mütəxəssislər yırtıqların müalicəsini konservativ üsullarla aparılmasını tövsiyə edir. Bu zaman iltihabəleyhinə və ağrıkəsici preparatlar, korsetlər, xüsusi məşğələlər, çox güclü ağrılar zamanı epidural "blokada"lar istifadə oluna bilər. Yalnız 5% hallarda əməliyyata ehtiyac yarana bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR