Dərc edildi: Baxış sayı: 737
Yılmaz Vural koronavirusa yoluxdu
Türkiyənin "Akhisarspor" klubunun baş məşqçisi Yılmaz Vuralda koronavirus aşkarlanıb.
"Report"un I liqa təmsilçisinin saytına istinadən məlumatına görə, 67 yaşlı mütəxəssislə yanaşı, komandanın daha 10 üzvü infeksiyaya yoluxub.
Onlardan 3-ü futbolçudur.
Qeyd edək ki, pandemiya səbəbindən yarımçıq dayandırılan Türkiyə I liqası bu gün bərpa olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət