Yeyin və arıqlayın
Mandarin - həm vitamin anbarıdır, həm də arıqladır
Mandarin vitamin anbarıdır. O, C vitamini ilə yanaşı, B1, B2 və P vitamini ilə zəngindir. Mandarinin qabığında üzvi turşular, karotin (yerkökü, yumurta sarısı və südün tərkibində olan narıncı-sarı piqment), qlükoza və efir yağları var.
Mandarin bağırsağın perstaltikasını zəiflədir, odur ki, ishalla müşayiət olunan xəstəliklərdə faydası var. Bağırsaq xəstəliklərində quru mandarinin tozu (yarım çay qaşığı ilə gündə iki dəfə) həzmin yaxşılaşmasına kömək edir.
Qurudulmuş mandarinin tozu suya salınıb içildikdə öskürəyi yumşaldır. Mandarin şirəsi dərini vitaminləşdirir.
Yeri gəlmişkən, Cənubi Koreya alimləri əmindirlər ki, mandarin piylənməyə qarşı ən effektli vasitədir.
Onlar kökəlmədən əziyyət çəkən 30 şagirdə iki ay ərzində mandarin yedirib, mandarin şirəsi içirdiblər. Nəticədə eksperiment iştirakçılarının çəkisi 1,5 faiz azalıb. Onların ciyərlərində də yağların miqdarı azalıb.
Siçovullar üzərindəki eksperiment də mandarinin arıqlatmaq effektini təsdiq edib: ay ərzində mandarin konsentratı ilə yemlənən kəsəyənlər çəkilərinin 45 faizini itiriblər.
Qreypfrut - damarı təmizləyir, ürəyi möhkəmləndirir
Qreypfrut sitruslar ailəsinin 4 məşhur üzvündən (apelsin, mandarin və limonla yanaşı) biridir.
Turş dadından dolayı hər kəsin xoşuna gəlməz, amma müalicəvi xüsusiyyətlərinə görə, qreypfrut C vitaminin "anbar"ı sayılan apelsini üstələyir. 180 q çəkisi olan apelsində 70 mq C vitamini varsa, qreypfrutun ləti bioflavonidlərlə zəngindir. Bioflavonidlərin (R vitaminləri) effekti C vitamindən 20 dəfə artıqdır və damarların güclü müdafiəçisidir.
Qreypfrut ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların vaz keçməyəcəkləri ən zəruri, bəlkə də birinci meyvədir.
Ürəyin gücləndirilməsi üçün təyin olunan pəhrizdə əvəz olunmazdır. Qreypfrutda praktiki olaraq natrium və yağ yoxdur, qan təzyiqini kontrolda saxlayan kaliumun səviyyəsi çox yüksəkdir.
Xolesterinin səviyyəsini azaldır.
Qreypfrutun damar xəstəliklərinə də, sudorqa və gemorroyda böyük faydası var.
İmmun sistemini möhkəmləndirir.
Hormonların hazırlanmasını artırır.
İnfeksiya və soyuqdəymə xəstəliklərinin inkişafını əngəlləyir.
Bağırsağı təmizləyir və bağırsaq florasını sabitləşdirir.
Hüceyrələri artırır.
Artıq çəkini azaldır.
Pambığı qreypfrut şirəsinə batırıb üzünüzdəki çilləri və ləkələri silsəniz, faydasını tezliklə görəcəksiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət