Slimfit
  1. AZƏRBAYCAN

Yevlax rayonunun kəndlərində elektrik təsərrüfatı yenidən qurulur

Yevlax rayonunun kəndlərində elektrik təsərrüfatı yenidən qurulur
Sakura

Yevlax rayonunun kəndlərində elektrik təsərrüfatı yenidən qurulur

Yevlax rayonunda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Şəhər icra hakimiyyətindən Kommersant.az-a bölgə müxbirinə bildiriblər ki, ilin əvvəlindən rayonun Kövər kəndində, Yevlax-Bərdə avtomobil yolunun kənarında 163 ədəd köhnə dayaq metal dayaqlarla, Nemətabad, Salahlı, Tanrıqulular kəndlərində 26 ədəd dayaq isə yeni dəmir-beton dayaqlarla əvəz edilib. Kövər kəndində 4 kilometr SİP kabel çəkilib.
Hazırda Gülövşə, Aşağı Salamabad, Yuxarı Salamabad, Aşağı Bucaq, Yenicə və Əcəmi kəndlərində və Meyvəli qəsəbəsində elektrik təsərrüfatında yenidənqurma işləri aparılır. Bu kəndlərdə 10 kv-luq elektrik verilişi xətlərində 365 ədəd, 04 kv-luq xətlərdə isə 613 ədəd dayaq yeniləri ilə əvəz edilib.
Rayonun Balçılı, Ağqıraq, Varvara, Boşçalı və Tanrıqulular kəndlərinin elektrik təsərrüfatında mövcud vəziyyət araşdırılıb və müvafiq təkliflər verilib. Həmin kəndlərdə də yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR