Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yerkökü və partlamış qarğıdalı yemək dişləri təmiz saxlayır

Yerkökü və partlamış qarğıdalı yemək dişləri təmiz saxlayır
Sakura

Yerkökü və partlamış qarğıdalı yemək dişləri təmiz saxlayır

 

Həkimlər “sağlamlıq ağız boşluğundan başlayır”, - deyirlər. Ağappaq və bəyaz dişlərə sahib olmaq isə hər kəsin arzusudur. Ona görə də qidalanmadan sonra hər dəfə dişlər fırçalanmalıdır. Bunun vaxtında edilməməsi karies və diş əti xəstəliklərinə səbəb ola bilər.

Xəzər Dəniz Gəmiçiliyinin 1 nömrəli Dənizçilər Klinikasının aparıcı mütəxəssisi Adıgözəl Məmmədov AZƏRTAC-a deyib: “Yeməkdən dərhal sonra dişləri fırçalamaq məsləhət görülmür, çünki bu zaman qidada olan maddələr ağızda dağılır və dişlərin zəifləməsinə səbəb olur. Fırçalama prosesinə yeməkdən bir saat sonra başlamaq məsləhətdir. Diş məcununu suda islatmaq lazım deyil, çünki bu zaman məcun təsirini itirir. Məcundan ləbləbi dənəsi miqdarında istifadə edilməlidir.

Dişlərə müxtəlif üsullarla qulluq göstərmək olar. Təbii diş təmizləyicisi hesab edilən almadan başqa yeməkarası fasilə zamanı yerkökü və partlamış qarğıdalı yemək dişləri təmiz saxlayır”.

Onun dediyinə görə, dişlərin əsas düşməni şokolad yox, başqa şirniyyatlardır: “Meyvə şirələrinin tərkibindəki turşular da dişlərin vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. Əgər meyvə şirələri və digər şirniyyat məhsulları qəbul edilibsə, ayran və pendir kimi ağartı məhsulları yeyərək qidalanmağa yekun vurmaq lazımdır, çünki onlar turşuların zərərli təsirlərinin qarşısını almaq qabiliyyətinə malikdir. Pendir və ayran dişlər üçün müdafiə vasitəsi rolu oynayır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR