Slimfit
  1. MARAQLI

Yerkökü nə üçün narıncıdır?

Yerkökü nə üçün narıncıdır?
Sakura

Yerkökü necə olub ki narıncı rəngə boyanıb?

Bu gün narıncı rəngdə olan yerkökü əslində bir vaxtlar öz uzaq qohumu - kərəviz və keşniş kimi yarpaqları və toxumları üçün becərilən ağ rəngli tərəvəz imiş.

The Economist nəşrində yayılan məqalədə kökün dəyişməsinin səbəblərinə və tarixcəsinə nəzər salınıb.

Məqaləyə görə, ilk olaraq bugünkü İran və Əfqanıstanı əhatə edən bölgədə yetişdirilən kökdə təqribən 32 min gen mövcuddur.

Bunlardan ikisi fərqli rənglərin əmələ gəlməsinə səbəb olur.

Alimlər ovçuluq-yığıcılıqdan əkinçiliyə keçməklə şüurlu olmadan rəngli kök yetişdirməyə başlanıldığını düşünür.

Daha sonrakı dövrdə isə yabanı növləri digərlərindən ayırmaq üçün fərqli rənglərdə kök becərilməsinə bu dəfə şüurlu şəkildə davam edildiyi güman olunur.

Məqalədə göstərilir ki, 1100 il əvvəl ilk mərhələdə bənövşəyi, ardınca isə sarı kök növləri ortaya çıxıb.

Bundan 600 il sonra da A vitamini ilə zəngin narıncı kökləri becərməyin seçildiyi müəyyənləşdirilib.

Narıncı köklə bağlı müzakirə olunan başqa bir nəzəriyyəyə görə, hollandiyalılar bu tərəvəzi 16-cı əsrdə İspaniyanın Habsburg xanədanlığına qarşı üsyan qaldıran Oranjlı Williamın şərəfinə yetişdirməyə başlayıblar.

Ancaq bu nəzəriyyənin həqiqiliyi hələ də tarixçilər arasında mübahisələrə səbəb olur.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR