Slimfit
  1. DÜNYA

Yerin altında naməlum həyat aşkarlandı

Yerin altında naməlum həyat aşkarlandı
Sakura

Alimlər bizim planetin qitələri və okeanlarının altında sensasiyalı tapıntını görüblər: orada yüz trilyonlarla…

Alimlər bizim planetin qitələri və okeanlarının altında sensasiyalı tapıntını görüblər: orada yüz trilyonlarla canlı orqanizm yaşayır. Üstəlik onların çoxu ilə tədqiqatçılar ilk dəfə rastlaşıblar. Onların hesablamasına görə, bu yeni aləmin ümumi kütləsi 15-dən 23 qiqa tondur, halbuki bəşəriyyətin ümumi kütləsi o,06 qiqaton karbon təşkil edir.

Medpress.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatlar müxtəlif radiodalğaların köməyi ilə həm quruda, həm də okean səthinin altında keçirilib. Yeni orqanizmlər qurunun səthi altındakı 5 kilometrə, okean səthinin altındakı 10 kilometrə qədər dərinlikdəki qazma zamanı aşkarlanıb.

Müəyyənləşdirilib ki, yerin altında tapılan ekosistemdə yer üzərindəki bütün mikrobların 70 faizinə qədəri var.

İndi alimlər anlamağa çalışırlar ki, eyni tipli mikroblar bütün qitələr altında necə ola bilərdi, onlar öz aralarında yerini dəyişə bilərdimi? Başlıcası, bu kəşf təkamül nəzəriyyəsinə təsir edəcək?

Dərinliklərdə həyat ağacının naməlum budaqları da tapıla bilər. Bundan başqa, kəşf tam imkan verir ki, yerdən kənardakı həyata yanaşmaya yenidən baxılsın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR