Slimfit
  1. DÜNYA

Yerin altında inanılmaz tapıntı: Orada da dağlar varmış

Yerin altında inanılmaz tapıntı: Orada da dağlar varmış
Sakura

Məlum olub ki, çox güclü təkanlar zamanı dalğalar bütün nüvə boyu, sonra Yerin əks tərəfinə və geriyə…

Yer səthi çox rəngarəngdir. Düzənlikləri sıra dağlar, dağları nəhayətsiz Dünya okeanı əvəzləyir. Prinston Universitetinin və Çin Geodeziya və Geofizika İnstitutunun alimlərinin birgə tədqiqatı göstərib ki, dərin yeraltı landşaft öz müxtəlifliyinə görə Yer səthinin üzərində olanlardan heç də geri qalmır. 

Geofiziklər indiyədək qeydə alınan ən güclü zəlzələlərdən biri zamanı əldə olunan məlumatlardan istifadə edərək Yer səthinin yüzlərlə kilometr dərinliyində iri dağ silsilələri aşkar ediblər. Sputnik Azərbaycan “Texkult”a istinadla xəbər verir ki, söhbət 410 kilometrdən 660 kilometrədək dərinlikdə yerləşən mantiyanın yuxarı və aşağı hissələrinin sərhədində yerləşən dar zolaqdan gedir.

Geoloqlar planetimizin təkində gedən proseslərlə yaxından tanış olmaq üçün güclü zəlzələlərin müxtəlif materiallardan keçən və onlardan əks olunan dalğalarının yayılma prosesini öyrəniblər.

Məlum olub ki, çox güclü təkanlar zamanı dalğalar bütün nüvə boyu, sonra Yerin əks tərəfinə və geriyə yayıla bilər. 1994-cü ildə Boliviyada baş vermiş və zəlzələlərin müşahidə olunduğu bütün tarix ərzində öz gücünə görə ikinci sayılan 8,2 bal gücündə zəlzələ tədqiqatların predmetinə çevrilib.

Əldə olunan məlumatlar keçid zonasının yuxarı və aşağı hissələrinin relyefinin xəritəsini tərtib etməyə imkan verib. Təqribən 410 kilometr dərinlikdə yerləşən yuxarı sərhədin landşaftı nisbətən hamar olub. Alimlər təxminən 200 kilometr dərinliyə gedərək sözün həqiqi mənasında nəhəng dağ silsilələri aşkar ediblər. Onların yüksəklikləri arasında 3,2 kilometrə qədər fərq olub.

Bəs bu sərhəd necə yaranıb və formalaşmış konfiqurasiyasını milyonlarla il ərzində necə qoruyub saxlaya bilib? Alimlərin fikrincə, qədim tektonik tavaların qalıqları Yer qabığının bəzi bloklarının digərlərinin altına getdiyi subduksiya zonaları, yəni xətti uzanan zonalar vasitəsilə Yerin dərinliyinə batandan sonra orada möhkəmlənib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR