Slimfit
  1. MARAQLI

Yeri məhv edə biləcək silah: hidrogen bombası nədir, necə yarandı?

Yeri məhv edə biləcək silah: hidrogen bombası nədir, necə yarandı?
Sakura

Şimali Koreyanın həyata keçirdiyi hidrogen bombası sınaqları son günlər dünya gündəminə elə “bomba”…

Şimali Koreyanın həyata keçirdiyi hidrogen bombası sınaqları son günlər dünya gündəminə elə “bomba” kimi düşdü.

Publika.az xəbər verir ki, Şimali Koreya bu sınaqlarla nəinki, Amerika Birləşmiş Ştatlarını, bütövlükdə Yer planetini təhdid altında saxlayır. Çünki hidrogen bombasının təsirləri və nəticələri təkcə atıldığı hədəfdə deyil, atmosferin hərəkət etdiyi hər nöqtədə özünü göstərir.

Hidrogen bombası nədir?

Hidrogen bombası nüvə silahının bir növüdür. Bu bomba atom bombasından sadəcə nüvə enerjisinin alınma üsuluna görə fərqlənir. Zədələyici amillərin xarakteri eyni olduğu üçün hər iki silah “nüvə silahı” adı altında verilir. Lakin hidrogen bombasının atomdan fərqli olaraq radioaktiv təsiri yoxdur.

Nüvə silahı - atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları nəticəsində son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır. O, öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir.

Nüvə silahları, əsasən, uzaq-mənzilli ballistik raketlər və ya təyyarələr vasitəsi ilə hədəfə çatdırılır.

Neytron döyüş sursatı, habelə hidrogen-uran döyüş sursatları nüvə silahının xüsusi növləridir.

İlk hidrogen bombası

İlk nüvə silahı Amerika Birləşmiş Ştatları tərəfindən II Dünya müharibəsi zamanı istifadə edilib. ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombası 200 000 insanın həlak olmasına səbəb olub.

Lakin bununla da Amerikanın “ürəyi soyumayıb”. O, 1952-ci ildə atom bombasından daha təsirli və dağıdıcı bir silah olan hidrogen bombasını yaradıb. İlk bomba 1954-cü ildə Sakit okeandakı Marşal adalarına atılaraq sınaqdan keçirilib. Bu bomba Xirosima və Naqasakiyə atılan bombalardan 1000 qat daha çox dağıdıcı gücə sahib olub.

Nüvə sahəsində SSRİ də ABŞ-dan geri qalmayıb və 1961-ci ildə istehsal etdiyi "Çar Bomba" adlı ilk hidrogen bombasını sınaqdan keçirib. SSRİ-nin malik olduğu bomba Xirosimaya atılan bombadan 3800 dəfə güclü olub. Hətta 1961-ci ilin 30 oktyabrında Novaya Zemlyada həyata keçirilən sınaq zamanı yaranan alov topu 965 km aralıdan görünüb.

Bombanın partlayış anında nə baş verir?

İlk nüvəni parçalayan neytron kütlə daxilində zəncirvari reaksiyalar meydana gətirir. Yəni, ilk parçalanan nüvədən çıxan neytronlar başqa nüvələrlə toqquşur və bu nüvələri də parçalayır. Beləliklə, bütün nüvələr sürətlə zəncirvari şəkildə parçalanır və çox qısa zaman ərzində böyük partlayış baş verir.

Neytronlar elə sürətlə hərəkət edirlər ki, saniyənin milyonda biri qədər kiçik zaman kəsiyində bomba təxminən 1.000 milyard kilokalorilik enerji meydana gətirir. Bombanın çevrildiyi qaz kütləsinin istiliyi bir anda bir neçə milyon dərəcəyə və qaz təzyiqi də bir milyon atmosferə yüksəlir.

Partlayışın ilk saniyəsi

Partlayış nəticəsində əmələ gələn radiasiya kosmosda saniyədə 200.000 km-ə yaxın sürətlə hərəkət edən qamma şüaları, neytronlar, elektronlar və daha bir neçə atomaltı zərrəciklərdən ibarət olur.

Partlayan qaz kütləsinin diametri böyüyür və ətrafa müxtəlif şüalar yayılır. Bu şüalar onlarla kilometr uzaqda olan hər hansı bir insanda korluğa səbəb ola biləcəək "başlanğıc parıltı"sını meydana gətirir. Belə ki, bu parlaq işıq Günəş səthindən yayılan işıqdan yüzlərlə qat daha böyükdür. Partlayış anından başlayaraq keçən zaman elə qısadır ki, partlayışın yaxınında olan adam gözlərini qırpmağa belə vaxt tapa bilmir.

Partlayışdan 2 saniyə sonra parlayan kütlə və onu əhatə edən hava alov topu meydana gətirir. Səthi çox isti və Günəşdəki qədər, hətta ondan da parlaq olan bu alov topundan yayılan istilik 4–5 km sahədəki bütün yana bilən maddələri alovlandırmağa kifayət edir.

Partlayışdan 6 saniyə sonra şok dalğası yerə dəyir və ilk mexaniki zərərlərə səbəb olur. Dalğa şiddətli hava təzyiqi yaradır və bu təzyiqin şiddəti partlayış mərkəzindən uzaqlaşdıqca azalır. Bu yerdən təxminən 1,5 km uzaqda belə təzyiq normal atmosfer təzyiqindən təxminən iki qat artıq olur. Bu təzyiqdə insanların sağ qalma ehtimalı 1%-dir.

13 saniyə sonra şok dalğası yayılır və onu alov topunun qovduğu havanın yer dəyişdirməsi səbəbindən yaranan partlayış izləyir. Bu partlayış saatda 300–400 km sürətlə yayılır.

Bu zaman alov topu soyuyur və həcmi azalır. Havadan yüngül olduğu üçün də yüksəlməyə başlayır. Yuxarıya doğru yönələn bu təzyiq yerdəki küləyin istiqamətinin dəyişməsinə səbəb olur və şiddətli külək partlayışdan əvvəl partlama mərkəzindən kənara doğru əsirdisə, indi mərkəzə doğru əsməyə başlayır.

Partlayışdan 30 saniyə sonra alov topu yüksəldikcə kürə formasını dəyişir və göbələk formasına çevrilir.

Partlayışın son anı

2 dəqiqə sonra göbələk formalı bulud 12.000 metrlik yüksəkliyə, yəni atmosferin stratosfer təbəqəsinin altına qədər yüksəlir. Bu yüksəklikdə əsən küləklər göbələk formasında olan buludu yavaş-yavaş dağıdır və buludu yaradan maddələri (əsasən, radioaktiv qalıqları) atmosferə yayır. Bu radioaktiv qalıqlar çox xırda olduqlarından atmosferin daha yüksək qatına çıxırlar. Bu qalıqlar yerə düşmədən əvvəl atmosferin üst təbəqələrindəki küləklər vasitəsilə dünyanın ətrafında bir neçə dəfə fırlanır. Beləliklə, radiasiya qalıqları dünyanın hər tərəfinə yayılır.

Hədəfləri və təsirləri

Nüvə silahı ən güclü kütləvi qırğın vasitəsidir. O, inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, canlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi ilə istifadə edilir.

Nüvə silahı insanlara güclü mənəvi və psixoloji təsir göstərir.

Bütün dünya II Dünya müharibəsində Xerosima və Naqasakiyə atılan atom bombalarının nə qədər böyük qüvvəyə malik olduğunun şahidi olub. Atılan hər iki bomba yüz minlərlə insanın həyatına son qoyub, bir çox insanda isə bir ömür boyu bərpa olunmayan fiziki qüsurlara gətirib çıxarıb. Atom partlayışlarında sonra yaranan şüalar canlılar üzərində ya birbaşa ya da partlayış əsnasında meydana gələn zərrəciklər vasitəsilə təsir edir. Bu zərrəcik və ya şüalar maddə daxilində sürətlə hərəkət edir və qarşısına çıxan atom və ya molekullarla çox şiddətli şəkildə toqquşur. Bu toqquşma hüceyrənin həssas quruluşu üçün fəlakət ola bilər. Hüceyrə ölə bilər və ya sağalsa belə, daxilində bəlkə həftələr, aylar, illər sonra meydana gələn xərçəng xəstəliyi yarana bilər.

Hazırda rəsmi olaraq ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin və bu ildən etibarən Şimali Koreyanın silahlı qüvvələri nüvə silahına malikdirlər.

Zümrüd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR