Dərc edildi: Baxış sayı: 487
Yerevanda Bakıya səfəri ilə əlaqədar İrina Rodnina məktəbinin adını dəyişdirmək istəyirlər
Ermənistanlı deputatlar İrina Rodninanın adını daşıyan fiqurlu konkisürmə idman məktəbinin adını dəyişdirməyi təklif edirlər.
Bu barədə "Report" "Jamjanak" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, bəzi deputatlar bununla əlaqədar Yerevanın Ağsaqqallar Şurasına müraciət etməyi düşünürlər.
Qeyd olunur ki, belə münasibətə səbəb İ.Rodninanın Xocalı faciəsinin ildönümü münasibətilə Bakıda keçirilmiş yürüşə qatılması olub.
Daha əvvəl Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini İrina Rodnina çıxışında bildirib ki, Rusiyada Xocalı faciəsi haqqında daha çox şey bilməlidirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət