Slimfit
  1. DÜNYA

Yerə ən yaxın məsafədə yerləşən qara dəlik kəşf edildi

Yerə ən yaxın məsafədə yerləşən qara dəlik kəşf edildi
Sakura

Yerə ən yaxın məsafədə yerləşən qara dəlik kəşf edildi

Astroloqlar Yerə ən yaxın məsafədə olan qara dəliyi kəşf ediblər.

Ens.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, təsadüfən tapılan qara dəliyin planetimizdən 1000 işıq ili (9,5 trilyon kilometr) uzaqda olduğu bildirilir. Astroloqlar sözügedən qara dəliyin ilk dəfə ətrafı ilə şiddətli şəkildə qarşılıqlı əlaqədə olmayan ulduz kütləsindən ibarət olduğuna da diqqət çəkib.

"Astronomy Astrophysics" dərgisində yayımlanan araşdırmaya görə, bundan əvvəl ən yaxın bilinən qara dəlik 3200 işıq ili, yəni 3 dəfə uzaq məsafədə idi.

"Bəlkə insanlar bunun çox böyük məsafə olduğunu düşünə bilərlər, amma qalaktika miqyasında bu qara dəliyin əslində bizə qonşu olduğu ortaya çıxır. Yanındakı iki ulduz adi gözlə görülə bilər", - deyə tədqiqatçı Tomas Rivinius bildirib.

HR6819 adlı sistemdə 3 ulduzun hərəkətini müşahidə edən astroloqlar ulduzlardan birinin orbitində dəyişiklik olduğunu görüblər. Çilidəki teleskoplarla baxan alimlər ulduzu çəkən cismin kütləsinin Günəşdən 5 qat artıq olduğunu öyrəniblər və bunun da ancaq qara dəlik olduğu qənaətinə gəliblər.

Ərtafındakı işığı da içinə çəkdiyi üçün qara dəlikləri kəşf etmək olduqca çətindir. Adətən alimlər qara dəliyi yanındakı ulduzu və ya planeti udduğu və ya parçaladığı zaman onu öyrənə bilirlər.

Astroloqların fikrincə kosmosun cənub yarımkürəsində yerləşən Telescopium ulduzlar qrupunda tapılan bu kəşf qara həmin bölgədə daha çox qara dəliyin ola biləcəyini göstərir. 

"Böyük ehtimalla bundan daha yaxında yerləşən qara dəliklər var. Əgər mətbəxinizdə kiçik bir qarışqa tapsaz, orada daha çox olduğundan əmin ola bilərsiniz", - deyə Harvard Universitetinin Qara Dəlik Araşdırması şöbəsinin rəhbəri Avi Loeb bildirib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR