Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Yerdəyişmədə keçid balları ilə bağlı yaranan suallar cavablandırıldı

Yerdəyişmədə keçid balları ilə bağlı yaranan suallar cavablandırıldı
Sakura

Yerdəyişmədə keçid balları ilə bağlı yaranan suallar cavablandırıldı

Təhsil Nazirliyi müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin iştirakçılarının keçid balları ilə bağlı bəzi suallarına aydınlıq gətirib.

Ens.az Sabah.az-a istinadən xəbər verir ki,Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə namizədlərin seçdiyi vakant yerlərin boş qalmasına baxmayaraq, həmin yerlərə namizədlərin yerləşdirilməməsi səbəbini açıqlayaraq bildirib ki, yerləşdirmələr zamanı ənənəvi keçid balları tətbiq edilir. Müvafiq keçid balı olmayan şəxslərin yerləşdirilməsi aparılmır.

Keçid balı toplamayanların vakansiya seçiminə hansı səbəbdən buraxılmasına gəldikdə, M.Camalzadə qeyd edib ki, yerdəyişmə müsabiqəsi zamanı 3 tip kontingentə artım əmsalı tətbiq edilir:

"Bəzən keçid balını toplamayan həmin şəxslərə artım əmsalı tətbiq edildikdən sonra, onlar da tələb olunan keçid balını əldə edirlər. Buna görə də keçid balı olmayan şəxslər də vakansiya seçə bilirlər. Bu qayda əvvəlki illərdə də tətbiq olunub və müraciətlər zamanı vətəndaşlara bu barədə xəbərdarlıq edilib. Qeyd edim ki, elektron ərizədəki 1.0 əmsalı namizədə artımın tətbiq edilmədiyini bildirir".

M.Camalzadə Bakı şəhərində (digər şəhər və qəsəbələrdə) yaşadığını sübut edən sənədləri elektron ərizəsində yükləyən namizədlərə müvafiq artım əmsalının hansı səbəbdən tətbiq edilmədiyini də açıqlayıb.

O qeyd edib ki, müvafiq artım əmsalı namizədin yalnız faktiki yaşadığı və ya qeydiyyatda olduğu həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi kənddə yerləşən məktəbə yerdəyişmə zamanı nəzərə alınır.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR