Slimfit
  1. MARAQLI

Yerdə nəhəng krater aşkarlandı

Yerdə nəhəng krater aşkarlandı
Sakura

Yerdə nəhəng krater aşkarlandı

 

Oksford və Aberdin Universitetinin alimləri nəhəng asteroid toqquşması nəticəsində meydana gəlmiş qədim krater aşkarlayıb. Britaniya ərazisinə düşmüş ən böyük asteroidin yaratdığı krater Şotlandiya və Xarici Hebrid Adaları arasında olan dəniz dibində yerləşir.

Bu barədə “The Guardian” məlumat yayıb.

Tədqiqatçılar toqquşma izlərini mezoproterozoy (1,6-1 milyard il əvvəl) dövrünə aidə 10-15 metr qalınlıqlı qırmızımtıl qaya təbəqəsində olan kvars kristalları əsasında aşkarlayıb. Bölgədə meteoritlər üçün xarakteri olan yüksək miqdarda platin və palladiumun olduğu müəyyən edilib.

Kraterin yerini isə alimlər zərbə nəticəsində ətrafa səpələnmiş toz və daşların izi ilə tapıb. Hesablamalara görə, toqquşma 1,2 milyard il əvvəl baş verib. Kosmik obyektin sürətinin saatda 60 min kilometrə yaxın olduğu ehtimal edilir. Nəticədə, 14-20 kilometr genişlikdə krater meydana gəlib. Asteroid toqquşmasının izləri dənizin 200 metrlik dərinliyində yerləşir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR