Slimfit
  1. MARAQLI

Yerdə həyat mənbəyinin sirri açıldı

Yerdə həyat mənbəyinin sirri açıldı
Sakura

Yerdə həyat mənbəyinin sirri açıldı

Beynəlxalq tədqiqat qrupu 3,5 milyard il əvvəl Yerdəki mikrob həyatının “çiçəkləndiyini” müəyyən edib. Bundan əvvəl həmin dövrdə mikrob florasının məhv olma astanasında olduğu güman edilirdi.

Bu barədə “Phys.org”da məlumat dərc olunub.

Ehtimallara görə, ilk canlı orqanizmlər Yer üzündə 3-4 milyard il əvvəl meydana gəlib. Alimlər təkhüceyrəlilərin yaranması üçün mövcud olmuş təbii şəraiti tədqiq etməyə çalışıb. Onlar belə bir nəticəyə gəlib ki, ilk orqanizmlər Yer planetinin formalaşmasından dərhal sonra peyda olublarsa, deməli, kainatda (Yer planetindən savayı) canlı varlıqların olması ehtimalı kifayət qədər yüksəkdir.

Tədqiqat qrupu üzvi mənşəli süxurların tərkibində olan kükürdün izotop quruluşunu təhlil edib. Məlum olduğu kimi, anaerob şəraitdə mikroorqanizmlər sulfatdan istifadə edir və nəticədə, sulfid ifraz edir. Kükürd izotoplarının kəmiyyəti metabolizm növlərindən asılı olur.

Alimlər qədim dağ süxurlarında olan stabil kükürd izotopları ilə bakterial metabolizm arasındakı qarşılıqlı əlaqəni araşdırıb. Nəticədə, həyat əlamətlərinin hələ üç milyard il əvvəl mövcud olduğu ortaya çıxıb.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR