Yerdə güclü maqnit qasırğası başlayıb
Mart ayının sonunadək Yerdə maqnit qasırğası müşahidə ediləcək: meteohəssas insanların sağlamlığı bu səbəbdən pisləşə bilər.
Medpress.az xarici mətbuata istinadla bildirir ki, astroloqlar xəbər veriblər ki, Günəşdəki üç güclü partlayış Yerdə maqnit qasırğasına səbəb olub. Maqnit sahəsinin həyəcanı artıq martın 20-də qeydə alınıb. Təxminən iki həftə ərzində Yer kürəsinin sakinləri sağlamlıqla bağlı problemlə üzləşə bilərlər.
Bu günlər sümük-əzələ sistemi, ürək-damar və digər xroniki xəstəlikləri olan insanlar öz sağlamlıqlarına xüsusi diqqət ayırmalıdırlar.
Maqnit qasırğası dövründə meteohəssas insanlarda iş qabiliyyəti aşağı düşə bilər. Yuxusuzluq, baş ağrısı və yorğunluq da müşahidə olunması istisna deyil.
Bu əlamətləri azaltmaq üçün həkimlər bütün meteohəssas insanlara duz istifadəsini azaltmağı, daha çox su içməyi, fiziki fəallığı aşağı salması və yaxşı yatmağı məsləhət görürlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət