Slimfit
  1. MARAQLI

Yer üzündə buludlar yoxa çıxa bilər. Bu, fəlakət deməkdir?

Yer üzündə buludlar yoxa çıxa bilər. Bu, fəlakət deməkdir?
Sakura

Yer üzündə buludlar yoxa çıxa bilər. Bu, fəlakət deməkdir?

Planetimizi həddindən artıq qızmaqdan qoruyan laylı buludlar yaxın 100 il ərzində yoxa çıxa bilər. Əgər bu baş verərsə, iqlim fəlakəti qaçılmazdır və nəticə ən bədbin proqnozlardan belə daha pis ola bilər. Kaliforniya Texnologiya İnstitutundan bir qrup alimin keçirdiyi və “Nature Geoscience” jurnalında dərc olunmuş tədqiqatın nəticələrinə əsasən, atmosferdəki karbon qazının konsentrasiyasının artması Dünya Okeanının böyük bir hissəsini günəş şüalarından qoruyan bulud örtüyünü yox edə bilər. Atmosferdə karbon qazının konsentrasiyası müəyyən bir göstəricidən (təxminən 1200 ppm) artıq olduqda, dönüş nöqtəsi keçilə bilər - bu zaman buludlar dağılmağa başlayacaq və buludlar dönməz şəkildə dağılmağa başlayacaq, nəticədə, okean kəskin sürətlə istiləşəcək.

Riyazi proqnozlaşdırma göstərir ki, nəticədə, bütün dünya boyu orta temperatur bundan əvvəl proqnozlaşdırılmış 2C - 4C dərəcəlik qlobal istiləşmə effektinə əlavə olaraq təxminən daha 8C dərəcə artacaq. Bu isə təbii fəlakətlərlə yanaşı heyvanların və bitkilərin kütləvi məhvinə də gətirib çıxara bilər. Dünya tarixində belə bir vəziyyət təxminən 55 milyon il bundan əvvəl bir dəfə baş verib. O vaxt planetimiz elə qızıbmış ki, Arktika sularında timsahlar üzüb, ibtidai məməlilərin əksəriyyəti isə yoxa çıxıb.

.

Atmosfer fizikası üzrə mütəxəssis, Massachusetts Texnologiya İnstitutunun professoru Kerry Emanuel California alimlərinin keçirdiyi tədqiqatın nəticələrinin həqiqi vəziyyəti əks etdirdiyini düşünür. Digər alimlər isə həmin nəticələri bir qədər şişirdilmiş sayırlar, onlar hesab edirlər ki, bulud örtüyünün yoxa çıxması daha mürəkkəb olan bir neçə faktordan asılıdır.

Arktikada timsahlar

Proqnozlaşdırılan dönüş nöqtəsi - 1200 ppm - atmosferdə mövcud karbon qazının konsentrasiyasından az qala üç dəfə artıqdır. Odur ki, ilk baxışdan, alimlərin əbəs yerə həyəcan təbili çaldıqları təsəvvürü yarana bilər. Lakin atmosferdə karbon qazının artma sürətinin təhlili təhlükənin ciddiliyini təsdiq edir. Belə ki, 1955-ci ildən bəri havada CO2 konsentrasiyası təxminən 33 faiz artıb və indiki sürətlə dönüş nöqtəsi yaxın yüzillik ərzində asanlıqla keçilə bilər. Belə artımın nəticələrini proqnozlaşdırmaq çətin deyil, çünki Yer planetinin tarixində bü cür dövr bir vaxtlar yaşanıb - geoloqlara həmin dövr paleosen-eosen termal maksimumu kimi məlumdur. O zamanlar atmosferdə CO2 səviyyəsinin kəskin sıçrayışla artmasına nəyin səbəb olması indiyədək aydın deyildi, lakin bunun nəyə gətirib çıxardığı məlumdur. Dünya okeanının ekvatora yaxın sahələri isti hamam temperaturunadək qızıb, Antarktidanın buz örtüyü tamamilə əriyibmiş, okeanda suyun səviyyəsi bir neçə metr qalxaraq ətraf ərazilərə daşıb. Qitələrdə heyvanlar, o cümlədən, meymunlar, atlar və dırnaqlı heyvanların əksəriyyəti dözülməz istidən xilas olmaq və yem tapmaq üçün fəal çəkildə şimala köç edib.

Həyəcan təbili çalmaq hələ tezdir?

Lakin alimlər hesab edirlər ki, Paris İqlim Sazişinin şərtlərinə əməl olunarsa və qlobal temperatur artımı 1,5C - 2C dərəcədən artıq olmazsa, eosenin təkrarlanmasının qarşısnı almaq çətin olmayacaq. Hətta qeyd olunan elmi məqalənin müəllifləri də razıdırlar ki, təsvir etdikləri fəlakətli ssenarinin gerçəkləşməsi ehtimalı elə də yüksək deyil, çünki bəşəriyyət istənilən halda atmosferə karbon qazı tullantılarının məhdudlaşdırılmasının yolunu axtarıb tapmalıdır. "Ümid edirəm ki, texnoloji tərəqqi hadisələrin bu cür istiqamətdə inkişaf etməsinin qarşısını almağa imkan verəcək,. Lakin bu ssenarinin gerçəkləşəcəyini ististna etmək olmaz", tədqiqatın aparıcı müəllifi Tapio Schneider bildirib.

 

Mənbə: Avtosfer.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR