Dərc edildi: Baxış sayı: 634
Yer kürəsinin ən böyük aysberqi dağılmağa başlayıb
Antarktida sahillərində yerləşən dünyanın ən böyük aysberqi dağılmağa başlayıb.
BBC agentliyi xəbər verir ki, bu barədə Böyük Britaniyanın Suonsi Universitetinin tədqiqatçıları məlumat yayıb.
A-68 aysberqinin 175 kvadrat metr sahəyə malik hissədən məhrum olması onun tamamilə əriməsinə səbəb ola bilər.
Aysberq 2017-ci ilin iyulunda Larsen buzlağından qopub. O vaxt aysberqin sahəsi 5,8 min kvadrat metr təşkil edirdi ki, bu da Lüksemburqun sahəsindən iki dəfə böyükdür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət