Yer kürəsindəki ən dəhşətli fəlakətin səbəbi açıqlandı
Fransanın Petroqrafik və Geokimyəvi tədqiqatlar Mərkəzinin alimləri 252 milyon il əvvəl Sibirdəki güclü vulkanik aktivliyin canlı orqanizmlərin məhvinə necə səbəb olmasını müəyyən ediblər. Məlum olub ki, canlı orqanizmlər Yerin litosfer qatındakı istixana qazları nəticəsində məhv olublar.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Science Alert” nəşri məlumat verib.
Böyük qırğın Yer kürəsi tarixində ən genişmiqyaslı ekoloji fəlakət sayılır. Hesab edilir ki, buna səbəb Şərqi Sibir platformasında vulkanik aktivlik olub.
Nəticədə dəniz heyvanlarının 96, quru heyvanlarının 73, eləcə də, həşəratların 83 faizi məhv olub. Alimlərin hesablamalarına görə, bioloji müxtəlifliyin yoxsullaşma prosesi 60 min il davam edib.
Araşdırmaçılar Sibirdəki süxurları araşdırıblar. Müəyyən edilib ki, qədim süxurların tərkibində xlor, brom və yod daha çox olub.
Daha gənc süxurlarda haloidlərin sayı qəfil aşağı enib. Bu da onu göstərir ki, fəlakət nəticəsində 70 faiz birləşmələr ayrılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət