ABŞ-da Yer kürəsində ən qədim meşələrin qalıqlarları aşkar edilib
Ens.az xəbər verir ki, tədqiqatçılar Nyu-York ştatının ətraflarında Yer kürəsində ən qədim meşələrin izlərini aşkar ediblər.
Bu təəccüblü tapıntıya paleontoloqlar regionun cənub-şərqində yerləşən Katskill dağ silsiləsində rast gəliblər. Yerli karxanalardan birinin tədqiqi vaxtı alimlər qədim dövrdə yaşamış balığın qalıqlarlarını aşkar ediblər.
Bu, keçmişdə həmin yerin suyun altında olduğuna əsas verdiyi üçün mütəxəssislər qazıntıları davam etdirməyi qərara alıblar. Nəticədə üzə çıxarılan yağıntı qalıqlarının tərkibində qədim bitkilərin kökləri müəyyənləşdirilib. Bu tapıntının yaşının təqribən 386 000 000 il təşkil etdiyi vurğulanıb. Qeyd edilir ki, ərazidəki ağaclar burada hələ daş kömür dövründə yaranmış meşələrə qədər mövcud ola bilərdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət