Slimfit
  1. DÜNYA

Yer kürəsi üçün "sürpriz" - Alimlərin proqnozu düz çıxmadı

Yer kürəsi üçün "sürpriz" - Alimlərin proqnozu düz çıxmadı
Sakura

Yer kürəsi üçün "sürpriz" - Alimlərin proqnozu düz çıxmadı

 

Cari il ərzində gücünə görə ikinci olan maqnit qasırğası bütün Yer kürəsi üzrə qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyasının alimləri məlumat veriblər.

"Geomaqnit aktivliyinin kifayət qədər gözəçarpan həddə güclənməsi hazırda planetimizdə, demək olar, bütün izləmə stansiyalarında qeydə alınıb", - deyə institutun saytında yazılıb.

Maqnit qasırğası avqustun 31-də başlayıb və çərşənbə axşamının səhərinədək davam edəcək. Alimlərin qeydə aldığı maksimal sıçrayışlar 5 ballıq cədvəllə 2 bal təşkil edir. Qasırğa Yer kürəsinə sürətli günəş küləyi axınının yaxınlaşması ilə bağlıdır.

"Lakin bazar günündən tez gözlənilməyən qasırğanın erkən başlanması, eləcə də, onun gücü (bu il üçün adi olan, minimal birinci səviyyəli qasırğa proqnozlaşdırılırdı) bir balaca sürpriz oldu", - deyə məlumatda qeyd olunur.

Dediyimiz kimi, hazırkı maqnit qasırğası gücünə görə bu ilin ikincisi olub.

"Ötən səkkiz ay ərzində bundan daha böyük hadisə yalnız bir dəfə qeydə alınıb - cari ilin mayında. O zaman qasırğa 5-dən 3-cü səviyyəyə çatmışdı", - məlumatda deyilir.

"Axının kifayət qədər yüksək sürətini, eləcə də, Günəşdəki sabit vəziyyəti nəzərə alsaq, böyük ehtimalla, o, sentyabrın 27-28-də yenidən Yer kürəsinə gələcək. Həmin günlər qasırğanın eyni gücdə olacağı, yaxud bu müddət ərzində plazma axınlarının sürətinin azalacağını indidən proqnozlaşdırmaq çətindir", - deyə alimlər bildirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR