Dərc edildi: Baxış sayı: 973
Yer kürəsi formasını dəyişir: Şimal qütbü Rusiyaya yaxınlaşır
Şimal maqnit qütbü Rusiyaya yaxınlaşır.
Bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.
Alimlər bildiriblər ki, qütb nöqtəsi tədricən Kanada Arktikasından Sibirə doğru hərəkət edir.
Qeyd edilib ki, ilk dəfə kəşf edildiyi 1831-ci ildən bu yana şimal qütb nöqtəsi təqribən 2250 km yerini dəyişib. Əgər yerdəyişmə bu sürətlə davam etsə, təxminən 30-40 il sonra Taymır yarımadasına çatacaq.
Tədqiqatçılar vurğulayıblar ki, şimal maqnit qütbünün yerdəyişməsinin insanların səhhətinə bir ziyanı yoxdur. Amma bu dəyişiklik radiolokasiya cihazlarının və naviqasiya sistemlərinin işinə mane ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət