Slimfit
  1. MEDİA

Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib

Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib
Sakura

Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib

Sentyabrın 28-də AMEA Neft və Qaz İnstitutunda Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.   

Akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçılara gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda AMEA Neft və Qaz İnstitutunun Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev Neft və qaz İnstitutunun İdarəetmə Sistemləri İnstitutu ilə birlikdə hazırladıqları “İntellektual yataq” konsepsiyasının elmi əsasları ilə bağlı çıxış edib. Bildirib ki, dünya təcrübəsində intellektual yataq dedikdə neft və qaz yataqlarının işlənməsi ilə əlaqədar texnoloji proseslərin daima optimallaşdırılmasına yönəldilmiş əməliyyatların avtomatlaşdırılmış idarəetmə sistemi nəzərdə tutulur. Bunun üçün bir çox məsələlərlə yanaşı, yatağın və texnoloji proseslərin modellərinin qurulmalı olduğunu deyən alim vurğulayıb ki, bu, tamamilə yeni idarəetmə sistemi növüdür. O, əlavə edib ki, həmin sistemin tərkibinə üç altsistem daxildir: informasiya, riyazi, təşkilati təminat sistemləri.

AMEA-nın müxbir üzvü birinci sistemdə informasiyanın alınması və istifadəsinin nəzərdə tutulduğunu deyib. Qeyd edib ki, sistem informasiyanın alınması, ilkin məlumatın toplanması və emalı, istifadəsi, təhlili və qərarların qəbulu mərhələlərindən ibarətdir.

Alim riyazi təminat sistemində riyazi üsulların, modellərin, alqoritm və proqramların vəhdətdə olduğunu diqqətə çatdırıb. Bildirib ki, riyazi və proqram təminatı informasiya sistemi məsələlərinin həllinə, eləcə də texniki vasitələrin normal işləməsinə yönəldilib. Bura texnoloji proseslərin modelləşdirilməsi vasitələri, modellərin qurulması və qərarların qəbul edilməsi alqoritmləri, riyazi proqramlaşdırma, riyazi statistika, etibarlılıq, qeyri-səlis və s. çoxluqlar nəzəriyyələri üsulları da daxildir.

Q.Əfəndiyev təşkilati təminat sisteminin bu sahədə işçilərin qarşılıqlı əlaqələrinin, eləcə də texnoloji proseslərin həyata keçirilməsi zamanı qərarların qəbul edilməsi üsul və vasitələrinin birləşməsi olduğunu nəzərə çatdırıb.

Məruzəçi sonda bu istiqamətdə aparılacaq işlərin təxmini planı, icra mərhələləri və buna aid mütəxəssislər qrupu təklif edib.

Çıxışdan sonra suallar cavablandırılıb və müvafiq qərar qəbul edilib.

Mərasimdə AMEA Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov institutunun 80 illik yubileyinə hazırlıq işləri barədə çıxış edib. Məruzənin müzakirəsindən sonra bölmə müvafiq qərar qəbul edib.  

Tədbirdə Geologiya və Geofizika İnstitutunun strukturunun qismən dəyişdirilməsi məsələsinə də baxılıb, Bölmənin qərarı ilə Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.    

Sonda bir sıra cari məsələlərə baxılıb.

 

 

AMEA Rəyasət  Heyətinin aparatı

İctimaiyyətlə əlaqələr və

elmin populyarlaşdırılması idarəsi

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 497 53 81

pr@science.az

pr.amea.rh@gmail.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR