Slimfit
  1. KOSMOS

Yer

Yer
Sakura

Yer — Günəş sistemində üçüncü planet

Yer (lat. Terra) — Günəş sistemində üçüncü planetdir. Orbiti Venera və Mars planetlərinin arasında yerləşir.

Yer qrupu planetlərinin ən böyüyüdür. Canlı varlıqların yaşadığı yeganə planetdir. Planet təqribən 4-5 milyard il bundan əvvəl yaranıb. Yaşam üçün, həyat üçün lazım olan hər cür şərait bu planetdə var. Yeganə təbii peyki Aydır. Yer səthi çox müxtəlif və eləcə də girintili – çıxıntılıdır. Onun kütləsinin 95-97 %-i birinci beş yüz milyon il ərzində yaranmışdır. Yer kürəsinin yarandığı müddətdən bəri Yerdə atmosfer, hidrosfer, biosfer və litosfer kimi dörd konsentrik örtük yaranmışdır. Bu örtüklərdən bəziləri əsasən Yer səthində qeyri-bərabər paylanmışdır.

 

Ümumi məlumat

Yer səthi 510.064.472 km²–dir. Bunun 362 milyon kvadrat kilometri və ya 71%-i okeanın, 148 milyon kvadrat kilometri və ya 29 %-i quru ərazilərinin payına düşür. Yer səthinin şimal yarımkürəsində qurunun sahəsi ümumi ərazinin 39.4 %-ini, suyun sahəsi isə 60.6 %-ini təşkil edir. Cənub yarımkürəsində qurunun sahəsi 19 %, suyun sahəsi isə 81 %-dir. Qurunun sahəsi şimal yarımkürəsində cənub yarımkürəsinə nisbətən 10.4 % artıqdır. Suyun sahəsi isə əksinə, şimal yarımkürəsində cənub yarımkürəsinə nisbətən 18,4 % azdır. Yer səthində su ilə quru qeyri-bərabər paylanmaqdan başqa o, şimal və cənub yarımkürələrində də qeyri-bərabər paylanmışdır. Yerin ekvatorial radiusları bir-birindən 21 km fərqlənir. Beləliklə yer 3 oxlu ellipsoid olub Krasovski ellipsoidi adlanır.

 

Yer səthindəki qanunauyğunluq

"Okean-materik" qanunauyğunluğu haqqında

Yer səthində müxtəlif qanunauyğunluqlar vardır. Onlardan biri odur ki, əgər qlobusda bir qitəni deşib keçsəniz, oxun ucu okeandan çıxacaqdır. Əgər oxu əks istiqamətdə okeandan keçirsəniz qitədən, yəni quru səthindən çıxacaqdır. Şimal Buzlu okeanın əks istiqamətində Antarktida, Afrika ilə Avropanın əksində Sakit okean, Hind okeanının əksində Şimali Amerika, Avstraliyanın əksində isə Şimali Atlantika yerləşir. Yer səthində ancaq Cənubi Amerika istisna təşkil edir. Onun əks istiqamətində dəniz deyil, Cənub-Şərqi Asiya yerləşir. Deməli, əgər qlobusu masanın üstündə fırlatsaq, onun üst tərəfində okean olarsa, alt tərəfində quru olacaqdır.

 

Materiklər haqqında

 
Yerdəki hündürlüklər və dəliklər ABŞ geofizika İnformasiya Mərkəzi.

Yer səthində olan materiklər qoşa-qoşadır. Şimali Amerika Cənubi Amerika ilə, AvropaAfrika ilə qoşalaşır. Burada ancaq Antarktida müstəsnalıq təşkil edir. Əgər biz yer kürəsini dörd dilimə bölmüş olsaq ondan üç dilimə ancaq okean düşəcək, Antraktida isə dilimlərin ucunda dörd hissəyə "parçalanmış" olacaqdır. Yer səthinin bu xüsusiyyətlərini bir əsr bundan əvvəl (1868) Reklyu "üç birgə paralel əkiz materiklər qanunu" adlandırmışdır. Hər bir dilimdə olan materiklər cənub hissədə yerləşən şimaldakı materikə nisbətən şərqə doğru öz yerini dəyişmişdir. Deməli, onlar bir meridian üzrə yerləşmir.

Digər qanunauyğunluq:

  • Materiklərin cənub hissəsi bir qanun olaraq nazik olub, oxvarı şəkildədir. Onların şimal hissəsi isə çox genişdir. Deməli, materiklər bir növ üçbucaq şəklindədir. Hətta Antarktida belə armudvarı şəklə malikdir.
  • Cənub yarımkürəsi materiklərinin qərb hissəsi batıq, şərq hissəsi isə çıxıntılıdır. Odur ki, Afrikanın qərbində Qvineya, Avstraliyanın qərbində isə Böyük Avstraliya körfəzi vardır.
  • Bəzi materiklərin şərq hissəsində əyməvarı şəkildə olan adalar silsiləsi olduğu halda, onların qərb hissəsində belə adalar silsiləsi yoxdur. Antil əyməsi, Asiyanın şərqində olan nəhəng adalar silsiləsi buna misal ola bilər.

 

Yerin xüsusiyyətləri

 
Yerin ümumi strukturu

Yer səthində müşahidə edilən xüsusiyyətlər əsasən Yer kürəsinin öz oxu ətrafında fırlanması, eləcə də Yer qatında baş verən irimiqyaslı qalxma və çökmə ilə əlaqədardır. Şimal yarımkürəsində qurunun çox, Cənub yarımkürəsində az olması şimalda (mülayim zonada) qalxmanın, cənubda (mülayim zonada) isə çökmənin üstünlük təşkil etməsi ilə izah edilir. Lakin şimalda mülayim zonada baş verən qalxma şimal qütbündə çökmə ilə, cənubda, mülayim zonada isə çökmə Antarktidada qalxma ilə əvəz olunur.

Şimal yarımkürəsinə nisbətən Cənub yarımkürəsinin həcmi böyük sürətlə sıxılır.

Ekvator qurşağında materiklərin qalxması üzərinə xüsusi zonalarda baş verən əsrlik qalxmalar da gəlmişdir. Ekvator qurşağında Yer qabığı kütləsinin çökməsi Cənubi Amerikanın və Afrikanın oraqvarı şəkil almasına səbəb olmuşdur. Şimal yarımkürəsində materiklərin qərbə, Cənub yarımkürəsində isə şərqə hərəkət etməsinə əsas səbəb yer qabığının Şimal yarımkürəsində qalxmanın üstünlük təşkil etməsi ilə izah olunur. Materik və okeanların antipodluğunun hər iki yarımkürədə paylanması, quru və dənizlərin paylanma xüsusiyyətlərindən görünür ki, planetin fırlanma şəraitində bərabərlik müvazinətinin saxlanılmasını təmin edir. Deməli, bu qanunauyğunluqlar da, yerin fırlanmasının nəticəsidir.

 

Yer kürəsində buzlaqlar

Yer kürəsi təbiətində geniş sahə tutan soyuq ərazilər var. Dünya okeanlarının orta illik temperaturu +4° -dir. Lakin onun 90%-in orta illik temperaturu sıfır dərəcəyə yaxındır. Coğrafi örtükdə elə yerlər vardır ki, orada daim mənfi temperatur hökm sürür. Soyuq sahənin əsas xüsusiyyətləri ondan ibarətdir ki, burada buzlaqlar yaranır. Buzlaqlar həm quruda, həm də Yer qatının üst hissəsində əmələ gəlir. Akademik S.A.Kalesnikin məlumatına görə, Yerin quru sahəsinin 10 faizi buzlaqla örtülüdür. Əgər bu buzlaqları quru səthinə eyni bərabərdə paylamaq mümkün olsa idi, onda quru sahəsində 182 metr qalınlığında buz qatı yaranardı. Əgər bunlar ərisə idi, dünya okeanının müasir səviyyəsi 66 metr qalxmış olardı. Belə halda okean səviyyəsindən 66 metr yüksəkdə olan bütün quru sahəni su basardı. Antarktidada buzlağın maksimal qalınlığı 4200 metrə, Qrenlandiyada isə 3400 metrə çatır. Əgər Antarktida buzlağı Qafqazı örtmüş olsa idi onda Kiçik Qafqazda heç bir zirvə buzlaq altından üstə çıxa bilməzdi. Böyük Qafqazda isə ayrı-ayrı zirvələr, adalar şəklində 400-500 metr ucala bilərdi.

Yer səthində daimi donuşluq 21 milyon km2 sahə tutur. Bu, qurunun 14%-i təşkil edir. Ondan ancaq 1 mln km2 Cənub yarımkürəsi payına, qalan 20 mln km2 isə Şimal yarımkürəsi payına düşür. Daimi donuşluğun maksimal qalınlığı Vilyuy çayının sol qolu olan Marxi çayının yuxarı axınında 1500 m-ə çatır.

 

Yer qabığı

Yer qatının kontinental tipi quruya və okeanın 200 metrə qədər dərinliyi olan dibinə aiddir. Okean tipli Yer qabığı okeanın 4000 metrdən dərində olan dibində mövcuddur. 2000 metrdən 4000 metrə qədər dərinliyi olan okean dibi yer qatının kontinental tipindən okean tipinə keçid zonasıdır. Deməli, Yer qabığının qranit qatının qalınlığı müxtəlif olub, fasiləlidir. O, okean dibinə doğru yox olur. Yer qabığının qalınlığı Himalay, Pamir, Qafqaz dağları altında kilometr, sualtı silsilələr altında 20-30 kilometrdir.

Hesablamalar göstərir ki, qurunun 70%-i 1000 m-ə qədər olan mütləq yüksəkliklər, okeanlarda isə 3000 metrdən 6000 metr arasında olan dərinliklər təşkil edir. Deməli, yer qabığının əsas hissəsini materiklər və okean çökəklikləri tutur. Quruda dağlar, okeanlarda isə çökəkliklər ikinci dərəcəli relyef elementləridir.

Yer qabığının iri strukturları əsasən meridian istiqamətində uzanır. Buna görə də materik şüaları, dağ sistemləri və eləcə də yer qabığının əsas alçalmaları meridian istiqamətində uzanır. Akademik A. Qriqoryev müəyyən etmişdir ki, materiklər əsasən mərkəz hissədə alçaq, ətraf hissələrdə isə əksinə, yüksəkdədir. Yer qabağında ən yüksək zirvənin (Everest dağı — 8848 metr) və ən dərin okean çökəkliyinin (Marian çökəkliyi — 11.022 m) qərbdən-şərqə uzanan əsas quru sahəsi Alp qırışığı dövründə əmələ gəlmiş qurşağa aiddir. Buna Alp-Qafqaz-Himalay dağ sistemini misal çəkmək olar. Dünya okeanı dibində qərbdən-şərqə uzanan sınmaların eni 100-200 km, uzunluğu isə bəzən 3000 km-ə çatır. Belə sınma zonası Sakit okeanda 20-dən artıqdır. Bu sınmalar yer qabığının üfüqi istiqamətdə hərəkət etməsi nəticəsində yaranmışdır. Bir qrup alim istər dağ sistemlərinin, istərsə də tektonik sistemlərin və tektonik xətlərin uzanmasını ekvatorla qütb arasında baş verən sıxılmaların gərginləşməsi ilə izah edir. Başqa sözlə bu, yerin formalaşmasının dəyişməsi ilə bağlıdır.

Yuxarıda deyilənlərdən aydın olur ki, yer qabığında bir sıra ümumi oxşarlıq və fərq vardır. Onlardan biri Yer kürəsinin daxili quruluşundan irəli gələn amillərdən, digəri isə ondan çox-çox uzaqlarda — kainatda baş verən amillərdən asılıdır. Yer qabığında yaranan dəyişiklik istər şaquli və istərsə də üfüqi istiqamətlərdə baş verən hərəkətlərlə bağlıdır. Şaquli istiqamətdə baş verən tektonik hərəkətlər dağlıq ərazi, üfüqi istiqamətdə baş verən tektonik hərəkətlər isə əsasən düzənlik və çökəkliklər yaradır. Üfüqi və şaquli hərəkətlərin baş verməsi yer qabığı altındakı örtüyün — mantiya kütləsinin axması ilə əlaqədardır. Planetimizin fırlanması, istilik konveksiyası və ya yerin cazibə qüvvəsi nəticəsində qeyri-bərabər şəkildə hərəkətə gəlmiş qabıqaltı axın mantiya kütləsinin qalxmasına səbəb olur. Bu fərziyyə tərəfdarlarından birinin — Menardın fikrincə, mantiya kütləsininin yer qabığı altında qalxması okean dibinin şişməsinə və ya yüksəlməsinə, okean altında isə materik yastanlarının yaranmasına səbəb olur. Beləliklə, qabığın çatmavari qalxmaya məruz qalmasının zirvəsində sınmalar yaranır. Mantiya kütləsi Yer qabığının üst tərəfinə doğru axdıqda o, mərkəzdə pb iki hissəyə bölünür. Ondan bir axın sağa, digər axın isə sola doğru hərəkət edir. Şaquli istiqamətdə yer qabığına doğru qalxan axının iki şaxəyə bölündüyü yerdə yer qabığı əlavə olaraq dartınmaya məruz qaldığından o, (yer qabığı) parçalanır və okeanaltı dərələr — rift zonaları yaranır. Mantiya kütləsinin üfüqi istiqamətdə olan şaxələri materiklərin kökünə toxunduqda aşağıya doğru sıxılır və nəticədə materiklərə yaxın yerlərdə çökəkliklər və ya okean depressiyaları yaranır.

 
Yerin fırlanması
 

Yer kürəsinin temperaturu

Yerin həyat üçün ən lazımlı şərtləri onun temperaturu və atmosferidir. Planet canlıların, xüsusilə də insan kimi son dərəcə mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatura və nəfəs ala biləcəyi atmosferə malikdir. Ancaq bu iki amil də bir-birindən son dərəcə fərqli faktorların hər birinin ideal ölçüdə müəyyən edilməsilə əmələ gəlmişdir.

Bunlardan biri Yerin Günəşdən məsafəsidir. Əlbəttə, Yer Günəşə Venera qədər yaxın və ya Yupiter qədər uzaq olsaydı, həyata imkan verən temperatur ölçüsünə malik ola bilməzdi. Karbon əsaslı üzvi molekullar, 120 °C ilə -20 °C arasında dəyişən temperaturda əmələ gəlirlər. Günəş sistemində bu temperatura malik olan yeganə planet isə Yerdir. Bütün kainatı düşündükdə həyat üçün lazımlı bu temperatur intervalının əldə edilməsinin çox çətin olduğunu görərik. Çünki kainatdakı temperaturlar ən qızmar ulduzların milyardlarla dərəcə qorxunc temperaturlarından "mütləq sıfır" nöqtəsi olan -273.15 °C-yə qədər dəyişir. Bu nəhəng temperatur intervalı içində karbon əsaslı həyata imkan yaradan temperatur çox azdır. Amma Yer kürəsi məhz bu temperatura malikdir.

Amerikalı geoloqlar Frank Press və Reymond Siver də Yer səthinin temperaturuna diqqət çəkirlər. Bildirdiklərinə görə, "həyat sadəcə çox məhdud temperatur intervalında mümkündür… və bu temperatur Günəşin temperaturu ilə mütləq sıfır arasındakı mümkün temperaturların təxminən 1%-lik hissəsini təşkil edir. Yer kürəsinin istiliyi məhz bu intervaldadır." (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)

Yerin ideal temperaturunun planetdə bərabər paylaması da son dərəcə vacibdir. Belə ki, bu tarazlığın təmin edilməsi üçün bəzi xüsusi tədbirlər görülmüşdür.

Məsələn, Yer kürəsinin oxunun 23°27-lik mailiyi qütblərlə ekvator arasındakı atmosferin həddindən artıq istiləşməsinin qarşısını alır. Əgər bu maillik olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı istilik fərqi daha çox artacaq və həyat üçün lazım olan atmosferin mövcud olması mümkünsüz olacaqdı.

Yerin öz ətrafındakı yüksək fırlanma sürəti də temperaturun bərabər paylanmasına kömək edir. Yer kürəsi sadəcə 24 saata öz oxu ətrafında fırlanır və bunun sayəsində gecələr və gündüzlər qısa davam edir. Qısa davam etdikləri üçün də gecə ilə gündüz arasındakı temperatur fərqi çox azdır. Bu tarazlığın əhəmiyyətini bir günü bir ilindən daha uzun olan və buna görə gecə-gündüz arasındakı temperatur fərqi 1000 °C-yə çatan Merkuri ilə müqayisə edildikdə görmək olar.

Yer üzünün formaları da temperaturun bərabər paylanmasına kömək edir. Yerin ekvatoru ilə qütbləri arasında təxminən 100 °C-lik temperatur fərqi var. Əgər belə bir temperatur fərqi kələ-kötürlüyü çox olmayan səthdə baş versəydi, sürəti saatda 1000 km-ə çatan fırtınalara Yerin altını üstünə çevirərdi. Lakin yer üzü temperatur fərqinə görə ortaya çıxacaq qüvvətli hava axınlarının qarşısını almaq üçün kələ-kötür formadadır. Bu formalar, yəni sıra dağlar Çində Himalaydan başlayır, Anadoluda Taurus dağları ilə davam edir və Avropada Alp dağlarına qədər sıra dağlar şəklində uzanaraq qərbdə Atlantik okeanı, şərqdə Sakit okeanla birləşir. Okeanlarda isə ekvatorda əmələ gələn artıq temperatur mayelərin temperatur fərqini dərəcəli şəkildə tarazlaması sayəsində şimala və cənuba ötürülür.

Habelə Yerin atmosferində temperaturu davamlı şəkildə tarazlayan bir sıra sistemlər də var. Məsələn, bir bölgə daha çox isindikdə suyun buxarlanması artır və buludlar çoxalır. Bu buludlar isə Günəşdən gələn şüaların bir qismini geri qaytararaq aşağıdakı havanın və səthin daha çox isinməsinin qarşısını alır.

Bütün bunlar Yer planetinin həyat üçün xüsusi şəkildə yaradıldığını və bütün xüsusiyyətləriin bu məqsədə görə nizamlandığını göstərir.

 

Yerin iqlim qurşaqları

 
Planetimizin xəritəsində tropiklər

Şəkil 1 -də Yerin şəkil müstəvisinə proeksiyası verilmişdir.

Coğrafi enliyi {displaystyle phi =pm 66^{0}33^{prime }.5}{displaystyle phi =pm 66^{0}33^{prime }.5} olan nöqtələrindən keçən coğrafi paralellərə şimal ({displaystyle a^{prime }a}{displaystyle a^{prime }a}) və cənub ({displaystyle d^{prime }d}{displaystyle d^{prime }d}qütb dairələri deyilir.

Coğrafi enliyi {displaystyle phi =pm 23^{0}26^{prime }.5}{displaystyle phi =pm 23^{0}26^{prime }.5} olan nöqtələrindən keçən coğrafi paralellərə şimal ({displaystyle b^{prime }b}{displaystyle b^{prime }b}) və cənub ({displaystyle c^{prime }c}{displaystyle c^{prime }c}tropikləri deyilir.

Şimal ({displaystyle b^{prime }b}{displaystyle b^{prime }b}) cənub ({displaystyle c^{prime }c}{displaystyle c^{prime }c}) tropikləri arasındakı qurşağa isti və ya tropik qurşaq deyilir.

Şimal qütb dairəsi ({displaystyle a^{prime }a}{displaystyle a^{prime }a}) ilə şimal tropiki ({displaystyle b^{prime }b}{displaystyle b^{prime }b}) arasındakı qurşağa şimal mülayim qurşaq, cənub qütb dairəsi ({displaystyle d^{prime }d}{displaystyle d^{prime }d}) ilə cənub tropiki ({displaystyle c^{prime }c}{displaystyle c^{prime }c}) arasındakı qurşağa isə cənub mülayim qurşaq deyilir.

Şimal qütb dairəsindən ({displaystyle a^{prime }a}{displaystyle a^{prime }a}) Yerin şimal qütbünə ({displaystyle p_{x}}{displaystyle p_{x}}) qədər olan qurşağa şimal soyuq qurşaq, cənub qütb dairəsindən ({displaystyle d^{prime }d}{displaystyle d^{prime }d}) Yerin cənub qütbünə ({displaystyle p_{s}}{displaystyle p_{s}}) qədər olan qurşağa isə cənub soyuq qurşaq deyilir.

 

Yerin maqnit sahəsi

Yerin maqnit sahəsi və Günəşin korpuskulyar şüalanmasının təzаhürləri özlərini yerətrafi fəzada Yerin maqnitasferinin yaranmasında göstərir. Maqnit sahəsi оlаn göy cisminin-məsələn, planetin maqnitosferi olur və planetin аtmоsferə malik оlub -olmamasının mаqnitоsferin yarаnmаsındа rоlu yoxdur. Maqnitosfer elə planetlər ətrafı fəzadır ki, günəşin yüklü zərrəcikləri bu fəzanın maqnit sahəsində idarə olunur. Yerin maqnitosferinin oxu Yerin firlanma oxu ilə 110 ,5 bucaq əmələ gətirir və Yerin mərkəzindən 450 km məsafədən keçir. Kosmik tədqiqatlar göstərir ki, yer maqnitosferi böyük ölçüyə malikdir. Maqnitosfer günəş küləklərinin düz xətt boyunca hərəkət etməsinə mane olur, günəş küləkləri isə öz növbəsində maqnitosferi sıxır, onun ölçüləri Günəş tərəfdən məhdudlaşaraq bu oblastı radiusu 70000 km olan sferaya bənzədir. 450 km/san sürətə malik Günəş küləyi maqnitosferi yanlardan da sıxır.Günəçdən əks tərəfdə Yerin maqnitosferi 120000 km-ə qədər uzanaraq onun quyruğunu əmələ gətirir. Günəş küləyinin 100eV-dan 100MeV -ə qədər enerjiyə malik elektron və protonları maqnitosferdə spiralvari trayektoriyalar boyunca hərəkət edərək geomaqnit ekvatoru ətrafında qalın halqa əmələ gətirir ki, buna Yerin radiasiya qurşağı- Van Allen Qurşaqları deyilir. Günəş küləyi Günəş fəallığından asılıdır. Bu fəallığın maksimum dövründə radiasiya qurşaqları fəallaşır və qalınlaşır. Geomaqnit qütblərində Günəş plazması maqnit qüvvə xətləri boyunca sərbəst hərəkət edir və Yerin şimal ( cənub ) coğrafi qütbləri ətrafında 400–1000 km hündürlükdə yerləşən atmosfer qatlarının ionlaşmasını gücləndirir.Qütb işıqları da məhz bu səbəbdən əmələ gəlir.

 

Üst atmosfer

Troposfer üstündə atmosfer adətən stratosfer, mezosfer və termosferə bölünür . Hər bir təbəqənin temperaturunun hündürlüyə görə dəyişməsini xarakterizə edən fərqli adiabatik temperatur qradienti var. Bundan başqa, ekosfer, geomaqnit sahələrinin günəş küləyi ilə qarşılıqlı təsirə girdiyi hissələrdə maqnitosferə sıçrayır. Stratosferin daxilindəki, ozon təbəqəsi, səthi ultrabənövşəyi şüadan qismən qoruyur və bu səbəbdən Dünyadakı həyat üçün əhəmiyyətli olan bir komponentidir. Yer səthindən 100 km yüksəklik olaraq təyin olunan Karman xətti, atmosfer ilə kosmik fəza arasındakı sərhədi müəyyən edir.

Termal enerji, atmosferin xarici kənarındakı molekulların bir çoxunun, Yerin cazibə sahəsindən çıxabiləcəkləri nöqtəyə qədər yüksəlmələrinə səbəb olur. Bu, atmosferin yavaş amma sabit şəkildə itkisinə səbəb olur. Çünki fiksə olunmamış hidrogen aşağı molekulyar kütləyə malik olduğundan ikinci kosmik sürəti daha asan əldə edir və digər qazlardan daha böyük nisbətdə kosmik fəzaya yayılır. Hidrogenin boşluğa sızması, dünya atmosferinin və səthinin başlanğıcda azaldılması bir vəziyyətdən mövcud oksidləşdirici vəziyyətə sürüşməsinə iştirak edir.

Fotosintezdə sərbəst oksigen mənbəyini təmin edir, ancaq hidrogen kimi oksidləşdirici katalizatorların itkisinin, atmosferdə oksigenin geniş yayılması üçün lazımlı şərt hesab edilir.Beləliklə, hidrogenin atmosferdən qaçma qabiliyyəti, Dünya üzərində inkişaf edən həyatın təbiətinə təsir etmiş ola bilər. Oksigenlə zəngin atmosferdə, hidrogenin çox hissəsi ikinci kosmik sürət toplamağa fürsət tapmadan suya çevrilir. Bunun yerinə, hidrogen itkisinin böyük qismi üst atmosferdəki metanın parçalanması hesabına baş verir.

 

Təbii resurslar və torpaqdan istifadə.

Dünya, insanlar tərəfindən istismar qaynaqlara malikdir. Qalıq yanacaqlar kimi Yenilənən qaynaqlar olaraq adlandırılanlar.

Böyük miqdarda qalıq yanacaqlar, kömür, neft və qaz ibarət Dünyanın qabığından əldə edilir. Bu tortular, həm enerji istehsalı həm də kimyəvi istehsal üçün xam maddə olaraq insanlar tərəfindən istifadə edilir. Mineral cövhər cisimləri, magmatizma, eroziya və val tektoniği hərəkətlərindən irəli gələn bir cövhər formalaşması prosesi ərzində qabığın içində də meydana gəlmişdir. Bu cisimlər, bir çox metal və digər faydalı elementlər üçün sıx qaynaqlar meydana gətirməkdədir.

Dünya biosfer, insanlar üçün qida, ağac, dərman, oksigen və bir çox üzvi tullantıların geri çevrilməsi kimi bir çox faydalı bioloji məhsul istehsal edir. Quruya söykənən ekosistem, torpağın və şirin suya bağlıdır və okean ekosistemi, qurudan yuyunan həll qida maddələrinə bağlıdır. 1980-ci ildə 5,053 mha (50,53 milyon km2 ) Dünya ərazi meşə və meşəlik sahələrdən meydana gəldi; 1,501 mha (15,01 milyon km2 ) əkinçilik ərazisi olaraq yetişdirildi. İnsanlar sığınacaq yaratmaq üçün tikinti materialları istifadə edərək ərazidə yaşayırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR